ABŞ nin Azərbaycandakı səfirliyi gözlənilən şatdaunla bağlı BƏYANAT yayıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Hazırda ABŞ-də, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin ölkələrində gözlənilən şatdaunla bağlı yaydığı bəyanatında bildirilir.
Qeyd olunur ki, maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq, səfirliyin sosial media hesablarında tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq:
"İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir".
"Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır. Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün http://travel.state.gov saytına daxil olun", - bəyanatda deyilir.
Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens sentyabrın 29-da Ağ Evdə Prezident Donald Trampla görüşdən sonra hökumətin fikir ayrılıqlarına görə fəaliyyətini dayandırmağa doğru getdiyini bildirib.
Daha əvvəl Tramp Konqresdəki respublikaçılar və demokratlar oktyabrın 1-dək maliyyələşdirmənin davam etdirilməsi ilə bağlı qanun layihəsi üzrə konsensusa gələ bilməsələr, şatdaun ehtimalının olduğunu bildirmişdi. Sentyabrın 19-da Senat federal hökumətin maliyyələşdirilməsini davam etdirmək üçün iki qanun layihəsini rədd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 01 Oktyabr 2025 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları![Şəkidə 24 yaşlı oğlan 50 yaşlı kişini qətlə yetirdi Hadisənin TƏFƏRRÜATI/red]](https://icma.az/media/photos/15_11_2025/516707d3-6080-406b-bd69-a673ff55a496.webp)



















