Icma.az
close
up
RU
Fələstinin Azərbaycandakı səfirliyi bəyanat yayıb

Fələstinin Azərbaycandakı səfirliyi bəyanat yayıb

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyi işğalçı hökumətin guya milli təhlükəsizlik naziri Itamar Ben-Gvir tərəfindən səsləndirilmiş, Fələstin rəhbərliyini açıq şəkildə hədəfə alan hədə və sui-qəsd çağırışlarını, o cümlədən Möhtərəm Prezident Mahmud Abbasın həbsi ilə bağlı təxribatçı bəyanatlarını qətiyyətlə pisləyir.

Bununla bağlı xalqcebhesi.az-a səfirlikdən daxil olan bəyanatda deyilir ki, bu açıqlamalar işğalçı dövlətin qanunu güclə əvəz edən, beynəlxalq hüququ və legitimliyi heçə sayan cəzasızlıq siyasətinə əsaslanan rəsmi yanaşmasının bariz göstəricisidir. Sözügedən ritorika İsrail hakimiyyət sistemi daxilində cinayətlərin qanuniləşdirilməsinə yönəlmiş təhlükəli prosesin tərkib hissəsi olaraq bölgədə sülh və sabitlik imkanlarını ciddi şəkildə zədələyir.
Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi vurğulayır ki, bu sistemli təxribat sülh və sabitlik prinsiplərinə zidd olan siyasi düşüncənin təzahürüdür və regional təhlükəsizliyə, habelə suverenliyə və beynəlxalq hüquqa əsaslanan mövcud beynəlxalq sistemə birbaşa təhdid yaradır. Səfirlik işğalçı hökumətin bu rəsmi ritorikanın bütün nəticələrinə görə tam məsuliyyət daşıdığını bəyan edir və beynəlxalq ictimaiyyəti soyqırım, zorakılıq və məcburi köçürməni təşviq edən bu siyasətin qarşısını almaq üçün təcili və konkret addımlar atmağa çağırır.
Səfirlik bir daha bildirir ki, Fələstin xalqı, öz rəhbərliyi və institutları ilə birlikdə, bölünməz milli hüquqlarını – azadlıq, öz müqəddəratını təyin etmək və 1967-ci il 4 iyun sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil dövlətini qurmaq hüququnu müdafiə etmək üçün qanuni mübarizəsini davam etdirəcək. Heç bir təxribatçı bəyanat və ya rəsmi terror praktikası Fələstin xalqını bu mübarizəsindən çəkindirməyəcək.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Noyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri