Icma.az
close
up
RU
ABŞ nin başı İrana qarışdı, Ukrayna yaddan çıxdı

ABŞ nin başı İrana qarışdı, Ukrayna yaddan çıxdı

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Yaxın Şərqdə yaranmış yeni müharibə ocağı Ukrayna savaşını müəyyən mənada arxa plana keçirib”.

Bunu analitik Elçin Xalidbəyli Rusiya XİN sözçüsü Mariya Zaxarovanın “ABŞ-nin Ukrayna üzrə danışıqlara cavabdeh olan nümayəndələri hazırda daha çox Yaxın Şərqdəki vəziyyətlə məşğuldurlar” iddiasını şərh edərkən Bakıvaxtı.az-a bildirib. O qeyd edib ki, hazırda həm dünya dövlətləri, həm də münaqişələrin əsas iştirakçısı olan ABŞ diqqətini daha çox Yaxın Şərqdə baş verən hadisələrə yönəldib:

“Xüsusilə də Hörmüz boğazı ətrafında yaranmış gərginlik beynəlxalq ictimaiyyətin əsas diqqət mərkəzindədir. Bu səbəbdən Ukrayna müharibəsi əvvəlki qədər gündəmdə deyil və münaqişənin nizamlanması istiqamətində aparılan sülh prosesi dalana dirənmiş kimi görünür”.

Müsahibimiz qeyd edib ki, bu prosesdə ABŞ əsas vasitəçi rolunda çıxış edirdi. Tramp administrasiyası sülh danışıqlarında Qərb ölkələrini, xüsusilə də Avropa İttifaqı dövlətlərini prosesdən kənarda saxlamışdı:

“ Hətta Ukraynanın özünün belə bəzi mərhələlərdə danışıqlarda birbaşa iştirak imkanları məhdudlaşdırılmışdı. ABŞ Ukraynanın Avropadakı müttəfiqləri adından Rusiya ilə danışıqlar apararaq, sülhə nail olmağa çalışırdı. Vaşinqton öz maraqları çərçivəsində Moskva ilə razılığa gəlib, hazırlanacaq sülh sazişini həm Kiyevə, həm də Qərbə qəbul etdirmək niyyətində idi. Lakin Yaxın Şərqdə baş verən hadisələr Tramp administrasiyasının planlarını pozmuş oldu”.

E.Xalidbəyli hesab edir ki, hazırda sülh prosesi həm dalana dirənib, həm də Rusiya üçün əlavə problemlər yaradıb:

“Rusiyanın iqtisadiyyatı müharibənin davam etdirilməsi üçün lazım olan ağır maliyyə yükünü daşımaqda çətinlik çəkir. Bunu artıq rusiyalı ekspertlər də etiraf etməyə başlayıblar. Eyni zamanda, Rusiyanın canlı qüvvə ehtiyatları geniş olsa da, bu sahədə də ciddi problemlər mövcuddur. Çünki ölkədə ümumi səfərbərlik elan olunacağı təqdirdə daxildə ictimai narazılığın artacağı ehtimal edilir. Bu isə Vladimir Putin hakimiyyəti üçün ciddi təhlükə hesab olunur. Xüsusilə də Putinin reytinqinin müəyyən qədər aşağı düşdüyü bir dövrdə belə addım Kremlin daxili sabitliyi üçün risk yarada bilər”.

Elçin Xalidbəyli: Hazırda sülh prosesi həm dalana dirənib, həm də Rusiya üçün əlavə problemlər yaradıb

Həmsöhbətimizin qənaətincə, hazırda Rusiyanın hərbi sənayesi ordunu silah və sursatla təmin etməkdə də çətinlik çəkir:

“Bu isə yaxın və orta perspektivdə Moskva üçün məğlubiyyət təhlükəsini artırır. Məhz buna görə də son dövrlərdə Kreml təmsilçiləri tez-tez sülh və danışıqların bərpası barədə açıqlamalar verməyə başlayıblar. Bütün bunlar onu göstərir ki, sülh Ukraynadan çox Rusiyaya lazımdır. Məlumatlara görə, Ukrayna yeni hərbi şəraitə uyğun şəkildə silah istehsalını genişləndirir və xüsusilə zərbə dronlarının kütləvi istehsalına üstünlük verir. Bu isə Rusiya üçün yeni və dağıdıcı təhlükə yaradır. Rusiya hava hücumundan müdafiə sistemləri artıq çoxsaylı dron və PUA hücumları qarşısında əvvəlki effektivliyini itirir. Yüzlərlə pilotsuz uçuş aparatının eyni anda hücumda iştirak etməsi Rusiyanın müdafiə imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə bir şəraitdə Rusiya sülh danışıqlarına məcbur qalmış kimi görünür. Lakin həm ABŞ-nin, həm də Rusiyanın siyasəti nəticəsində sülh prosesi Vaşinqtonun vasitəçiliyindən asılı vəziyyətə düşüb”.

Analitik onu da əlavə edib ki, ABŞ bu prosesə tam nəzarət etməsəydi, Ukrayna özü də danışıqların təşkilinə çalışa bilərdi:

“Eyni zamanda Avropa ölkələri də Rusiya-Ukrayna münaqişəsində vasitəçilik missiyasını üzərinə götürə bilərdi. Qardaş Türkiyə Rusiya-Ukrayna danışıqları üçün ən optimal vasitəçilərdən biri hesab olunur. Lakin həm Qərbdə, həm də ABŞ-də müəyyən dairələr Ankaranın vasitəçiliyində maraqlı görünmürlər. Nəticədə Ukrayna müharibəsi üzrə sülh prosesi dalana dirənmiş vəziyyətdə qalır və münaqişənin daha dağıdıcı mərhələyə keçməsi ehtimalı artır”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 May 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri