Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Maduro gündəm oldu, yaddan çıxdı Ukrayna?

Maduro gündəm oldu, yaddan çıxdı Ukrayna?

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

İndiyədək Venesuelanın adı çəkiləndə yada ilk olaraq ən çox bu ölkənin qızlarının dünya gözəllik yarışmalarında “dünya gözəli” adını qazanması düşürdü. Venesuela qızları 6 dəfə “dünya gözəli” seçiliblər və heç bir ölkə yarışlarda bu saya nail olmayıb. Amma, Trampın Maduronu oğurlatması nəinki gözəlləri unutdurub, dünaynın ən qaynar nöqtələrində baş verənləri də arxa plana keçirib.  İran qaynayır, Ukrayna müharibəsi ilə əlaqədar Parisdə “istəklilər koalisiyası” nümayəndələri görüşür və Ukraynaya “təhlükəsizlik zəmanəti” deklarasiyasını imzalayırlar. Amma, dünya hələ də Maduronun gecənin günortasında oğurlanmasının qəribəliyini və beynəlxalq hüququn ayaqlar altına atılmasını, bundan sonra daha hansı ölkələrin başçılarının başına torba salınacağının perspektivlərini  müzakirə edir. Gündəmi zəbt edən Venesuela hadisəsi pozulmuş dünya düzənini daha da dərinləşdirir və ABŞ-nin hədəfinin yalnız bu ölkə ilə bitməyəcəyi prezident Trampın bəyanatlarında açıq səslənir. Bu bəyanatlardan məlum olur ki, Venesuelanın sərvəti yalnız “dünya gözəlləri” qızlar deyil, həm də 18.4 trilyon dollar dəyərində olan yeraltı minerallara malik olmasıdır.

 Çin və Rusiyanın təsiri altında olan Venesuela, Kuba, İran, Kolumbiyaya növbə çatacağını, eyni zamanda Qrenlandiyanın da ABŞ-a verilməsini bildirən Trampın bu ərəfədə Ukrayna ətrafında gedən danışıqlara xüsusi diqqət ayırmadığı açıq hiss olunur. Baxmayaraq ki, yenə kürəkən Kuşner və nümayəndə Uitkoff Parisdə Ukraynaya təhlükəsizlik təminatı ilə əlaqədar Paris danışıqlarında iştirak ediblər. Bu danışıqlarda əldə olunan nəticələr 4 ildir davam edən müharibəni sonlandıra bilərmi?

  Bəri başdan qeyd edək ki, Venesuelada, İranda və planetin digər yerlərində baş verən gərginliklər geosiyasi miqyasına görə Rusiya-Ukrayna müharibəsi ilə müqayisə oluna bilməz. Rusiya-Ukrayna ətrafında baş verənlər situativ olaraq arxa plana keçə bilər, amma strateji olaraq yeni dünya düzəni məhz bu müharibənin yekunlarına görə yaranacaq. Təəssüf ki, son Paris danışıqlarında qəbul olunan bəyanat müharibənin tezliklə dayanacağına bir o qədər də nikbin yanaşmağa əsas vermir. Ona görə ki, Ukraynanın tərəfdaşları olan Avropa ölklərinin, özünü tərəfdaş kimi göstərən ABŞ-nin Rusiyaya təzyiqi istənilən səviyyədə deyil, əksinə çox çəkingən şəkildədir. Bu yanaşma Parisdə qəbul olunan “Niyyət bəyannaməsi”ndə də öz əksini tapıb. Əvvələn, sənədin adının öhdəlik yox, “niyyət” adlandırılması artıq gələcəkdə veriləcək təhlükəsizlik təminatının hüquqi öhdəlik səviyyəsini şübhə altına alır. “İstəklilər koalisiyası”na aid ölkələr içərisində yalnız Fransa və Böyük Britaniya Ukrayna ərazisinə əsgər göndərəcəyinə razılıq verib. Bu razılaşma müharibə dayandırıldqdan sonra həyata keçiriləcək. Rusiyanın bu şərtləri qəbul edib müharibəni bitirəcəyi isə heç inandırıcı deyil. Bu razılaşma, davam edən müharibəni bitirməyə təkan verə bilərmi? Nədən müharibə bitməmiş sonrakı mərhələ müzakirə predmeti olur?

 10 saat davam edən danışıqlarda ABŞ-nin adı çəkilmir. ABŞ-nin heç bir öhdəliyi bu sənəddə öz əksini tapmayıb. Uitkoff : “İşi davam etdiririk” deməklə Paris danışıqlarına qısa münasibət bildirib. Kürəkən Kuşner isə :” təhlükəsizlik zəmanəti ilə bağlı müəyyənliyin olması, hələ Ukraynada sülhün olacağı anlamına gəlmir”. Bu nə deməkdir? Amerika yaxşı bilir ki, Avropa-Ukrayna “niyyətləri” Rusiya üçün keçərli olmayacaq. Yəni, hər şey cəbhədə həll olunacaq. Rusiya da əmindir ki, ABŞ-nin hərbi köməyi olmadan cəbhədə Ukraynanın uğur qazanması mümkün olmayacaq.

Müharibə bitməmiş təhlükəsizlik zəmanəti ilə əlaqədar toplantının keçirilməsi Ukraynanın növbəti güzəştə getməsi üçün səbəb ola bilərmi? Yəni, Ukrayna əmin olur ki, Donbası verdiyi halda bir daha Rusiya hücum etməyəcək və Avropa ölkələri buna təhlükəsizlik zəmanəti verirlər. Uitkoff və Kuşner Paris danışıqlarının nəticələrini Kremlə çatdırmaq üçün Moskvaya səfər edəcəklərini bildiriblər. Zelenski isə Trampla yaxın vaxtlara görüşəcəyinin mümkünlüyü barədə paylaşım edib.

  Rusiyanın mövcud şərtlərlə razılaşmayacağı qətiləşərsə Ukrayna müharibəni davam etdirmək gücündə olacaqmı? Ukrayna prezidenti nikbinliklə bildirib ki, 2026-cı ilin yarısında sülhün əldə edilməsi çox yaxındır. Deməli, ən azı hələ altı ay Ukrayna müharibə aparmaq gücündədir. Eyni zamanda ABŞ-da, daha doğrusu Tramp da anlayacaq ki, Ukraynanın bütün güzəştlərinə baxmayaraq Rusiya öz şərtləri ilə qələbə qazanmaq istəyir. Bu situasiyanın Trampı qəzəbləndirə biləcəyini birmənalı söyləmək çətin olsa da, hər halda Putinə münasibətində dəyişiklik yaranacağı da mümkün versiyadır. Eyni zamanda qələbəni dörd ildə əldə edə bilməyən Rusiyanın özü olduqca çətin vəziyyətdədir. İqtisadi böhran hər gün ağırlaşır. Bu qış Ukrayna enerji infrastrukturunu sıradan çıxarmaqla Ukrayna xalqını, dövlətini kapitulyasiyaya məcbur edəcəyini düşünən Kreml sahibi artıq bu variantın da keçməyəcəyini anlayır və Donbasın qalan ərazisini də işğal etməklə qələbə çaldığını Rusiya cəmiyyətinə sırımağı planlayır.

 Bir sual da yaranır: Rusiya təkrar hücum etdiyi halda Ukraynanın Avropa müttəfiqləri qoşunları ilə Ukraynanı müdafiə edib onun təhlükəsizliyini həqiqətən qoruya biləcəklərmi? Sülh Tramp dövründə əldə edilərsə, Trampdan sonra demokratlar hakimiyyətə gəldiyi halda Rusiya yenidən Ukrayna torpaqlarını işğal etməyə başlarmı? Rusiya bu tezliklə yeni müharibə başlama gücündə deyil. Rusiya çalışacaq ki, sanksiyalardan qurtulsun və böhranda olan iqtisadiyyatını dirçəldə bilsin. Bu mənada Ukrayna da, Avropa liderləri də maksimum təzyiq və qətiyyət göstərib Rusiyanı sülhə məcbur etməlidirlər. Müharibədən sonra Rusiyada daxili siyasi proseslərin hansı istiqamətdə gedəcəyi də maraq doğurur. Cəmiyyətdə və Putin komandasında narazılıqların açıq müstəviyə keçməsi çox ehtimal olunur.

İlham İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri