Icma.az
close
up
RU
ABŞ nin beyin mərkəzi Azərbaycan və Orta Dəhlizlə bağlı məqalə yayımlayıb

ABŞ nin beyin mərkəzi Azərbaycan və Orta Dəhlizlə bağlı məqalə yayımlayıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 15 may, AZƏRTAC

BMTM-in aparıcı məsləhətçisi Vüsal Quliyevin “Hörmüz boğazının blokadası Çinin qitənin enerji təchizatçılarına və quru nəqliyyat marşrutlarına strateji yönəlməsini sürətləndirir” adlı məqaləsi Vaşinqton mərkəzli “The Saratoga Foundation” beyin mərkəzi tərəfindən dərc edilib. 

AZƏRTAC xəbər verir ki, məqalədə Hörmüz boğazının blokadası nəticəsində Çin iqtisadiyyatı üçün yaranan ciddi risklər fonunda ölkənin enerji təhlükəsizliyi strategiyasında baş verən dəyişikliklər təhlil olunur. Müəllif qeyd edir ki, enerji təchizatının əsas arteriyası olan Hörmüz boğazının blokadası Çini Yaxın Şərq neftindən qismən uzaqlaşdıraraq daha çox qitənin quru əsaslı enerji təchizatçılarına yönəldir.

Bu kontekstdə müəllif qeyd edir ki, Orta Dəhlizin mərkəzində yerləşən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin strateji əhəmiyyəti daha da ön plana çıxır. Vurğulanır ki, bu ölkələr dəniz yollarından yan keçərək quru nəqliyyat dəhlizləri vasitəsilə Çinin enerji təhlükəsizliyinə töhfə vermək baxımından artan strateji əhəmiyyətə malikdir. Xüsusilə Azərbaycanın və bütövlükdə Xəzər regionunun rolu getdikcə güclənir.

“Çin Mərkəzi Asiya ilə, xüsusilə enerji baxımından zəngin olan Qazaxıstan və Türkmənistanla əlaqələrini gücləndirdiyi bir dövrdə, daha geniş Xəzər regionunda da enerji və nəqliyyat sahəsində təsirini artırmaq üçün əlverişli mövqedədir. Bu baxımdan, Azərbaycan mühüm enerji istehsalçısı və tranzit mərkəzi kimi ön plana çıxır.

“Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları kompleksi və “Şahdəniz” qaz yatağında dənizdə həyata keçirilən hasilat Azərbaycanın ixrac imkanlarının əsasını təşkil edir. Eyni zamanda, Bakı Limanının Qazaxıstanın Aktau Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə əlaqələndirilməsi hesabına Bakıda formalaşan logistika Xəzər dənizi üzərindən neft və qazın daşınmasını asanlaşdıra bilər. Uzunmüddətli perspektivdə bu marşrutlar enerji resurslarının şərq istiqamətində daşınması üçün də istifadə oluna bilər. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya enerji istehsalçıları ilə yaxın münasibətləri (C6 platforması və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli mexanizmlər vasitəsilə güclənərək) daha vahid Transxəzər dəhlizinin formalaşmasına şərait yaradır. Bu inteqrasiya nəqliyyat və enerji marşrutlarının çevikliyini artırır, həmçinin geosiyasi və ya bazar dəyişiklikləri zamanı axınların alternativ istiqamətlərə yönəldilməsini mümkün edir. Asiyada artan enerji tələbatı da bu sistemin getdikcə çoxşaxəli xarakter aldığını göstərir. Buna misal olaraq, Yaponiyanın son dövrdə Azərbaycanın və Qazaxıstanın dəniz yataqlarından neft tədarükünü təmin etməyə yönəlmiş addımlarını göstərmək olar”, - deyə müəllif bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri