Azərbaycan və Özbəkistan Orta Dəhlizlə bağlı müzakirələr aparıb FOTOLAR
Icma.az bildirir, Sia Az portalına istinadən.
Azərbaycan və Özbəkistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBNM, Orta Dəhliz) əhəmiyyəti və aktuallığını müzakirə ediblər. Bu barədə SİA-ya “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.
Məlumata görə, danışıqlar ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev ilə Azərbaycanda səfərdə olan Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatov arasında görüş çərçivəsində aparılıb.
Bildirilib ki, Özbəkistan Nəqliyyat Nazirliyinin və Özbəkistan Dəmir Yollarının əməkdaşlarından ibarət nümayəndə heyətinə nəqliyyat və logistika sahəsində Azərbaycanda həyata keçirilən mühüm tədbirlər, eləcə də ASCO-nun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Görüşdə Orta Dəhlizin inkişafı çərçivəsində Xəzər dənizində Özbəkistan-Azərbaycan nəqliyyat əlaqələrinin genişləndirilməsi, o cümlədən Xəzərdə bərə daşımaları seqmentində yeni çağırışlara dair müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 13 Mart 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















