ABŞ nin Ermənistanla bağlı səyahət tövsiyəsi hansısa bir gərginliklə bağlı deyil Hərbi ekspert
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Dövlət Departamenti Ermənistanla bağlı səyahət tövsiyəsini yeniləyərək Azərbaycanla sərhəddə təhlükənin artdığını açıqlayıb.
Redaktor.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə bildirdi ki, bu, normal bir təcrübədir.
"Yaddan çıxartmayaq ki, rəsmi olaraq Azərbaycan-Ermənistan arasında sərhəd hələ dəqiqləşməyib. Bu səbəbdən söhbət sərhəddən yox, sərhəd bölgələrindən gedir. Çünki riskli ərazidir, orada gömrük yoxdur, çox vaxt heç sərhədçi də olmur. Ordu və hərbi texnika dayanıb. Sözsüz ki, turistlərə bu zona riskli ərazi kimi hesab olunmalıdır. Ona görə mən bunu hansısa bir gərginliklə bağlamıram. Sadəcə ABŞ öz vətəndaşlarına tövsiyə edir ki, dövlət sərhədi hələ yoxdur, o regiona getmək məsləhət görülmür", - deyə o, qeyd etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















