Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ermənistanla bağlı İSTEHZALAR

Ermənistanla bağlı İSTEHZALAR

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan məhz öz iştirakını dondurduğu KTMT-dən “layiqli münasibət” gördüyü üçün haylar yamanca pərt olublar. Bununla belə, öz pərtliklərinin səbəbini də hansısa formada izah etməyə çalışırlar ki, gülünc günə qaldıqlarını ört-basdır edə bilsinlər. Amma başa düşsələr belə, etiraf edə bilmirlər ki, bü şəkildə “gülünc” duruma düşmələrində günahkar başqaları yox, özləridirlər. Yenə də kimləri isə, hansısa təşkilatı belə günahkar bəlləməyə çalışan hayların öz gözlərində tiri görmədən, hələ də başqasının gözündə tük axtarışında olmaq kimi bir xislətlərinə sadiq qaldıqları davamlı şəkildə özünü göstərir.

Fəaliyyətlərini “dondurmaq” kimi bir çıxış yolunu guya haylar ən doğru addım sayırlarmış

Guya ki, haylar sözügedən təşkilatda nəyinsə “səhv” olduğu qənaətindədirlər və buna görə də fəaliyyətlərini “dondurmaq” kimi bir çıxış yolunu ən doğru addım sayırlarmış. Maraqlıdır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astanada keçirilən sammitində iştirak etməyən Ermənistan tərəfi bununla nə demək istəyib və görəsən, Paşinyan hakimiyyətinin iştirak edib-etməməsinin həmin sammitin keçirilməsi üçün zərrə qədər də fərq etmədiyini haylar geç də olsa başa düşblərmi? Başa düşüblərmi ki, onların iştirakı heç vacib də deyilmiş və nəzərə də alınmırmış? Belə olan halda daha bir sual yaranır ki, görəsən, Ermənistan ümumiyyətlə, KTMT kimi bir təşkilatın özünün nəyinə lazım idi ki, həmin təşkilata işğalçı ölkəni hələ bir üzv də edirdi? İndi də haylar həmin təşkilata absaurd şəkildə, üstəlik bir ağız da büzürlər və guya bunlara heç “yaraşan” da deyilmiş...

Hayların özlərinə hansı təskinliyi vermək istədiklərini görmək çətin deyil. Qatılmadıqları sammitdə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko kimi liderlərin iştirak etməsi ermənilərin arzulamadıqları hal olsa da, onlar bunu gizlətməyə çalışırlar. Elə arzulamadıqları halı da məhz gizlətmək üçün də ağız büzürlər. Amma bir məsələni nəzərdən qaçırırlar ki, elə həmin sammitdə də onların iştirak etməmələri yaxşıca “vurğulanıb” və hər halda, bunun nə demək olduğunu haylar özləri hamıdan yaxşı bilirlər. “KTMT sammitində Ermənistanın iştirak etməməsi təşkilatı xarakterizə edir”, deyə Belarus lideri Aleksandr Qriqoryeviçin vurğulamasının nə demək olduğunu ermənilər yaxşı başa düşsələr də buna da tamamilə başqa don geyindirməyə çalışırlar. Qeyd olunduğu kimi, əgər Ermənistan kimi bir işğalçı ölkənin sammitdə iştirak edib-etməməsinin həmin sammitin keçirilməsinə zərrə qədər də təsir etmədiyi kontekstində həqiqətən də həmin ölkənin KTMT-də olması nəyə lazım idi və Lukaşenko cənabları da məhz buna eyham vurub. Amma haylar bunu öz istədikləri kimi izah etməyə çalışırlar. Ermənilərin növbəti uydurmalarına görə, guya Belarus lideri təşkilatın özündə günah görübmüş və dırnaq arasında “bu yekəlikdə” bir ölkənin, özü də işğalçı ölkənin təşkilatda iştirak etməməsi sən demə, tamamilə böyük bir “fəlakət” kimi görünürmüş. Tamamilə absurd yanaşmadır və bu, haylardan başqa hansısa bir toplumun belə ağlına gəlməzdi, çünki dünyada onlar qədər, hay qədər həyasız olan toplum yoxdur ki, bu boyda həyasızlıq ağıla da gələ bilsin.

Hansısa bir qərar şansı haylara verilən deyil və bu şansı da əllərindən qaçıranlara, bütövlükdə Ermənistana öz yeri yaxşıca göstərilib

Xatırladaq ki, Ermənistanın KTMT-də iştirakının dondurulması barədə qərarı bu il fevralın sonunda baş nazir Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində “bəyan” etmişdi. Niyə belə bir qərara gəlindiyi və “dondurmanın” niyə baş verdiyini erməni baş nazir Paşinyan özü də guya ki, cavablandırmışdı. Yəni, ona və təmsil etdiyi auditoriyaya elə gəlir ki, buna cavab demək olar, amma bu cavab yox, yaxud əsas yox, sadəcə, bəhanə idi. Təşkilatın öz öhdəliklərini yerinə yetirməməsi kimi bir iddia ilə çıxış edən Nikol həm də təşkilatın özünə də böhtan atmış olub və guya heç bunun fərqində də olmayıb. İndi gülünc vəziyyətə düşməsi də belə əsassız və mənasız bəhanələrə görədir və indi haylar daha çox diqqəti yayındırmağa çalışırlar ki, düşdükləri gülməli durumu ört-basdır edə bilsinlər.

“Astanaya gəlsəydi, erməni nümayəndə heyəti əlifba sırası qaydası ilə birinci çıxış edəcəkdi”, deyən Belarus prezidentinin istehzasını da, özlərini bilməməzliyə vursalar belə, haylar yaxşı başa düşüblər. Həqiqətən də çox gülməli bir ifadədir və bu ifadə elə bil ki, bayram masasında bir uşağa tort kəsmək və ya bir şüşə şampanı açmaq üçün etibar ediləcəyini vəd etmək kimi yanaşmadır. Əslində, daha bir ustalıqla işarə olunur ki, haylara bundan başqa hansısa bir qərar şansı verilən deyil və verilə də bilməz. Həm də çatdırılır ki, əgər sammitdə iştirak etməyiblərsə, bu “şans” da əllərindən çıxıb. Yəni, başqa hansısa xam xəyallara düşməmələri barədə çox böyük ustalıqla, özü də diplomatik qaydada mesaj verilib və haylara, bütövlükdə Ermənistana öz yeri yaxşıca göstərilib. Elə ona görə də hayların tüstüləri başlarından çıxır. “Od olmasa tüstü çıxmaz”, zərb məsəlində deyildiyi kimi, indi ortada olan tüstünün səbəbsiz olmaması zərrə qədər də şübhə doğurmur.

Lağ hədəfi olduqlarını qəbul edirlər, amma bunu gizlətməyə çalışırlar, öz xislətlərinə uyğun şəkildə “artistlik” edirlər

Hər dəfə çıxışları zamanı erməni baş nazirin ortaya atdığı qeyri-kamil, qeyri-müəyyən ifadələri haylar yaxşı xatırlayırlar. Onun rus dilində biabırçı vəziyyətdə olan nitqləri də unudulan deyil. Nikol Paşinyanın hər dəfə çıxış etdiyində necə kəkələdiyi də “yaddaşlara həkk olunub” və indi haylar onsuz da lağ hədəfi olduqlarını qəbul da edirlər, amma bunu gizlətməyə çalışırlar. Məhz elə ona görə də öz xislətlərinə uyğun şəkildə “artistlik” edirlər. Hər dəfə Ermənistan üzərində guya təhlükənin olduğunu çatdırmağa çalışdığını göstərmək istəyən erməni baş nazir elə hər dəfə də hamıya “əl açıb” dəstək istəyib, yalvararaq dilənib. Onun KTMT kimi bir təşkilata üzv olmaqda da ancaq “əl açmaq”, dəstək istəmək, dilənmək niyyətində olduğu dərhal ortaya çıxıb. Hər halda təşkilata üzv ölkələrin rəhbərləri, liderləri bunu dərhal başa düşüblər və onların qətiyyən diqqətindən bu məqam yayınmayıb. Xüsusən də, rəsmi İrəvanın həmin dəstəyi, köməyi, yardımı yeri gəldi-gəlmədi umması da liderlərin nəzərindən qaçmayıb və indi vurulan eyhamları haylar çox yaxşı başa düşürlər.

Haylar yaxşı başa düşürlər ki, KTMT ölkələrinin rəhbərləri onların baş nazirlərinə soyuq münasibəti niyə bəsləyirdilər. Bunun səbəbini də yaxşı başa düşürlər və mənasını da gözəl anlayırlar. Başa düşürlər ki, Paşinyanı baş nazir kürsüsünə üsyankar küçə gətirdi və həmin usyankarlar indi Rusiyanı da, Belarusu da, ümumilikdə, KTMT-ni də hesaba belə almırlar. Anlayırlar ki, məhz elə buna görə də Paşinyanın “ipinin üstünə yük qoymaq” kimi bir niyyətləri ola bilməz və onu heç öz aralarında görmək də istəyən yoxdur. Bəli, Nikol Paşinyana, onun hakimiyyət komandasına, bütövlükdə Ermənistana qarşı ciddi istehzalar göz önündədir və danılmazdır və bunun səbəbsiz olmadığı da ortadadır.

Ermənilərin ağız büzmələrinə Rusiya lideri tərəfindən yerində verilən qısa, arqumentli və kəskin cavab

“Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və sözsüz ki, Qarabağı öz dövlət perimetrinə daxil etməyib. Bu o deməkdir ki, Qarabağda baş verənlərin hamısının hüquqi baxımdan Ermənistanla birbaşa əlaqəsi yoxdur. KTMT-nin Dağlıq Qarabağ ərazisində döyüşməli olduğunu iddia etmək qəribədir”, deyə sammitdə bəyan edən Rusiya prezidenti Vladimir Putin sanki, hayların, onların Astanaya gəlməyən nümayəndələrinin əyri ağızlarından vurmuş olub. Daha dəqiq desək, Rusiya liderinin həmin sözləri Paşinyanın ağız büzməsinə qısa, arqumentli və kəskin cavabdır. Bunu haylar qəbul etsələr də, etməsələr də reallıq belədir və həmin reallığı Putin açıq şəkildə bildirib.

Həqiqətən də haylar arasında bu məqamda dedikləri ilə razılaşan ermənilər də az deyillər. Əslində, hər kəs, xüsusən haylar özləri də bilirlər ki, Ermənistan Dağlıq Qarabağı öz ərazisi, hətta müstəqil dövlət kimi tanımayıb, yaxud, tanıya bilməyib. Deməli, Putin məhz bunu demək istəyib və deməkdə də haqlıdır ki, Rusiya heç bir halda hərbi əməliyyatlarda Ermənistan tərəfində iştirak edə bilməz. İndi haylara növbəti dəfə məhz Astanadan açıq şəkildə bəyan edilir ki, Rusiya və hansısa digər ölkə məsələyə qarışmaqdan qanuni olaraq imtina etməkdə haqlıdır.

Üzvlüyün dondurulmasını istehza ilə məhz dondurucuya bənzədən metafora

Ötən həftə müxalifət cərgəsində olan “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan özü original bir metafora ilə çıxış edib və hayların yaddaşına da bu yazılmış olar. “KTMT-yə üzvlük dondurulub sonra əridilə bilən dondurucuda olan toyuq deyil”, deyən erməni deputat özü belə öz vəziyyətlərini lağa qoyur və Ermənistanın vəziyyətinə istehza ilə yanaşır. Əslində, başqa şəkildə mümkün də deyil və “Ermənistan” fraksiyasının deputatı, müxalifətçi Artur Xaçatryan bunu aydın şəkildə ifadə edir. “Toyuq” və onun dondurulması fikrini davam etdirərək, demək istəyirəm ki, hər şeyi özümüz elədik və “toyuq” da kəsildi və biz indi onu yenidən “əzizləsək” də, artıq qaçmayacaq, səsi çıxmayacaq və yumurta da qoymayacaq”, deyə Artur Xaçatryan bundan sonra heç nə edə bilməyəklərinə, yanlış yolda olduqlarına işarə vurmuş olub. Daha dəqiq desək, istehzaların yerli-yerində olduğu qənaətini açıq şəkildə bildirib.

Bəli, Lukaşenko haqlı olub və Ermənistanın məhz Astanaya yollanmamasının, sammitə qatılmamasının məhz həqiqətən də KTMT kimi bir təşkilatı xarakterizə etməsi, səciyyələndirməsi fikri tam yerində işlənib. Ona görə ki, belə bir işğalçı ölkəni, öz günahını başqalarının üstünə atmaq istəyən, hətta böhtana belə əl atan dövləti sıralarına qəbul etməyi məhz Belarus lideri KTMT kimi bir quruma yaraşdırmayıb. Yaraşdırmadığı üçün də öz sözünü, öz fikrini məhz istehza ilə ifadə edib...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri