Icma.az
close
up
RU
ABŞ nin gizli neft dəhlizi? İran nəzarətini belə aşırlar

ABŞ nin gizli neft dəhlizi? İran nəzarətini belə aşırlar

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hörmüz boğazında gərginlik artarkən ABŞ və müttəfiqlərinin enerji daşımalarını qorumaq üçün qeyri-rəsmi mexanizmlərdən istifadə etdiyi iddia olunur.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetində diqqətçəkən material dərc olunub.

Məqalədə bildirilir ki, son həftələr bir sıra neft tankerləri və qaz daşıyan gəmilər İranın mümkün müdaxilə riskini azaltmaq üçün xüsusi marşrut və prosedurlardan yararlanıblar.

Nəşrin mənbələrinin iddiasına görə, bəzi gəmilər Hörmüz boğazının ən həssas hissələrindən keçərkən avtomatik identifikasiya sistemlərini (AIS) müvəqqəti söndürərək yerləşmələrini gizlədiblər. Bu addımın İran qüvvələrinin izləmə və mümkün təzyiq imkanlarını azaltmaq məqsədi daşıdığı bildirilir.

WSJ yazır ki, marşrut seçimi və təhlükəsizlik tədbirləri ABŞ hərbi dairələrinin qeyri-rəsmi tövsiyələri əsasında həyata keçirilmiş ola bilər. Mənbələrin sözlərinə görə, bölgədə pilotsuz müşahidə vasitələri ilə monitorinq aparılıb, gəmi kapitanlarına isə təhlükə yaranacağı halda davranış qaydaları barədə tövsiyələr verilib.

İddia olunan sxem çərçivəsində gəmilərin əsasən Oman sahillərinə yaxın xətt üzrə hərəkət etdiyi vurğulanır. Bu marşrut İran sularına yaxın ənənəvi şimal dəhlizi ilə müqayisədə daha təhlükəsiz hesab olunur və insident riskinin aşağı olduğu bildirilir.

Bununla belə, analitik şirkət "Kpler"in məlumatına görə, bu sxemdən hələlik məhdud sayda gəmi istifadə edib. Tankerlərin böyük əksəriyyəti əvvəlki kimi İran sularına daha yaxın keçən standart marşrutdan yararlanmağa davam edir.

Maraqlıdır ki, daha əvvəl "The Wall Street Journal" ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında kommersiya gəmilərini müşayiət etməyə yenidən başladığını yazmışdı. Lakin ABŞ Mərkəzi Komandanlığı belə missiya həyata keçirmədiyini bildirib.

Məqalə göstərir ki, dünya neft ticarətinin əsas arteriyalarından biri olan Hörmüz boğazı ətrafında gərginlik səngimək bilmir. Qlobal enerji tədarükünün mühüm hissəsi məhz bu dar keçiddən keçdiyi üçün burada baş verən hər dəyişiklik dünya bazarlarına təsir potensialı daşıyır.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 May 2026 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri