ABŞ nin İran sanksiyası: Tehranda dollar şoku, rial rekord həddə düşdü
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu da İran iqtisadiyyatı üçün əhəmiyyətli iqtisadi və psixoloji dönüş nöqtəsi hesab olunur.
ABŞ Maliyyə Naziri Skott Bessent tərəfindən 24 avqustda elan edilən və İranın neft gəlirlərini, maliyyə kanallarını və xarici ticarət şəbəkələrini hədəf alan yeni sanksiyalar paketi ilə sərbəst bazarda dollar 2.030.000 riala yüksəlib.
Beləliklə, rial müharibənin başladığı 28 fevraldakı səviyyə ilə müqayisədə dəyərinin təxminən 22 faizini itirib. İlin əvvəlindən bəri isə dəyər itkisi 42 faizi keçib.
Qeyd edək ki, 28 fevral 2026-cı ildə müharibə başlayanda sərbəst bazarda dollar təxminən 1,66 milyon rial səviyyəsində ticarət olunurdu. İyun ayında ABŞ ilə müharibəyə son qoymaq üçün danışıqlara başlamaq barədə razılaşma ilə dollar 1,54 milyon rial oldu. Amma sonrakı dövrlərdə yenidən alovlanan münaqişələrlə rial öz dəyərini itirərək ilk dəfə olaraq dollara qarşı 2 milyon rialı keçib. Bu da müharibənin başladığı dövrdən indiyədək 400.000 rial dollara qarşı ucuzlaşması deməkdir.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 25 Avqust 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















