Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

ABŞ nin İran siyasətində yeni çalarlar Pəhləvi kartı işə salınıb?

ABŞ nin İran siyasətində yeni çalarlar Pəhləvi kartı işə salınıb?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"ABŞ Prezidenti Donald Tramp üçün prioritet öz şərtlərini və tələblərini İrana qəbul etdirməkdir".

Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi Natiq Miri Ağ Ev rəhbərinin xüsusi elçisi Stiv Uitkoffla özünü İran şahının varisi elan edən Rza Pəhləvi arasında baş tutan görüşü şərh edərkən deyib.

O vurğulayıb ki, ABŞ lideri uzunmüddətli münaqişələrə qarşıdır:

"Tramp müharibələrə böyük pulların xərclənməsinə razı deyil. İranda da hər şeyin qısa müddətdə həll olunmasını istəyir. Lakin bu, mövcud İran rejiminin atacağı addımlardan asılıdır. Hökumət minlərlə etirazçını öldürür. Ölkənin mühafizəkar qanadı, Ali Rəhbər Əli Xamenei ABŞ ilə dialoqlara qarşıdır və buna mane olur.

Adətən, rejimə kənar və daxili təzyiqlər edilir ki, idarəetmə yumşalsın. Bu mümkün olmadıqda isə alternativlər axtarılır və müvafiq addımlar atılır. Hazırda araşdırmalar aparılır. İlon Maskın "Starlink"i pulsuz aktivləşdirməsi həm də bu məqsədə xidmət edir".

Ekspert vurğulayıb ki, Rza Pəhləvinin hansısa yolla hakimiyyətə gətirilməsi ehtimalı mövcud olsa belə, bunun xaosun qarşısını alacağı anlamına gəlmir:

"İranda türklər dominantdırlar. Milyonlarla soydaşımızın rəyini nəzərə almadan kimisə hakimiyyətə gətirmək ölkədə qarşıdurmaları daha da gücləndirə bilər. İrandakı bütün dəyişikliklər türklərin iştirakı ilə baş tutub. Buna görə də ABŞ rəhbərliyi mümkün alternativləri araşdırır, onlarla görüşür. Həmçinin, nəzəri olaraq Pəhləvi hakimiyyətə gəlsə belə, bunu monarxiyanın yenidən bərpası kimi qiymətləndirmək olmaz. Bunun üçün referenduma ehtiyac var. Xalq idarəetmə üçün seçim etməlidir. Bu, o qədər də asan proses deyil və ABŞ bunu başa düşür. Düşünürəm ki, rəsmi Vaşinqton İrandakı məsələlərlə bağlı Türkiyə rəhbərliyi ilə də ciddi görüşlər keçirəcək".

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Məlik Məlikov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Yanvar 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri