Icma.az
close
up
RU
ABŞ nin İrana hücumunun təfərrüatı: Qolf klubda verilən razılıq, Əraqçiyə...

ABŞ nin İrana hücumunun təfərrüatı: Qolf klubda verilən razılıq, Əraqçiyə...

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp iyunun 21-də Bedminsterdəki qolf klubunda olarkən İranın nüvə obyektlərinə zərbə endirmə əməliyyatına yekun razılıq verib.

Turkustan.az Report-a istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.

Hücumun baş verə bilməyəcəyi ilə bağlı açıq bəyanatlara baxmayaraq, Amerika lideri iyunun 20-də müdafiə naziri Pit Heqsete ABŞ-dan “B-2” strateji bombardmançılarını əməliyyata göndərməyi əmr edib.

Saatlar sonra təyyarələr Missuri ştatındakı hava bazasından havaya qalxıb, bəziləri isə diqqəti yayındırmaq üçün saxta hədəflərə doğru gediblər. Bir qolf klubunda Amerika liderinə məlumat verilib ki, bombardmançılar geri dönüş nöqtəsi deyilən nöqtəyə - tam radio səssizliyinə keçəcəkləri ana çatmaq üzrədirlər. Prezident də İranın nüvə obyektlərinə zərbələr endirmək üçün son icazə verib.

Tramp qısa müddət sonra Vaşinqtona qayıdıb. Ağ Evdə onun milli təhlükəsizlik komandası əməliyyatla bağlı məlumatlandırılıb. Zərbə anında ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçiyə mesaj göndərərək əməliyyatın birdəfəlik olduğunu və yalnız Tehranın nüvə proqramı ilə məhdudlaşdığını açıq şəkildə bildirib.

Stiven Uitkoff əlavə edib ki, Birləşmiş Ştatlar hələ də diplomatik həll yolu axtarır və indi İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərini məhv etdikdən sonra danışıqlar masasına qayıtmasını istəyir. Artıq ABŞ-nin danışıqlar aparmaq təklifinə cavab olaraq İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gəlib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Tramp ona məxsus sosial şəbəkə hesabında hücumlarla bağlı belə yazıb: “Peyk görüntülərindən göründüyü kimi, İrandakı bütün nüvə obyektlərinə monumental ziyan dəyib. Məhv etmək düzgün termindir!. Ən pis zərər yer səviyyəsindən çox aşağıda verilmişdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 İyun 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see433

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see144

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see142

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see131

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see130

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see127

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see121

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see118

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see117

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri