ABŞ nin İrana qarşı hərbi əməliyyat xərcləri 51 mlrd dolları keçib
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri təxminən 46 günlük aktiv döyüş əməliyyatlarından sonra 51,2 milyard dolları keçib.
"Report"un xəbərinə görə, bu göstəricilər "Iran War Cost Tracker" portalında yer alıb.
Real vaxt rejimində izləmə resursu Pentaqonun 10 martda ABŞ Konqresi üçün keçirdiyi brifinqdən əldə edilən məlumatlara əsaslanır. Brifinq zamanı bildirilib ki, Vaşinqton Yaxın Şərqdəki döyüş əməliyyatlarının ilk altı günündə 11,3 milyard dollar xərcləyib və münaqişənin hər sonrakı günü üçün təxminən 1 milyard dollar xərcləməyi planlaşdırır.
Qeyd olunur ki, bu rəqəmə qoşunların köçürülməsi və hərbi texnikanın bərpası kimi müəyyən xərclər daxil olmaya bilər. Buna görə də, faktiki xərclər xeyli yüksək ola bilər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir neçə şəhərə hava hücumları təşkil ediblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. İran buna cavab olaraq İsrailə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.
İran ABŞ və onların müttəfiqləri ilə aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs razılaşmasına nail olub.
Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən müzakirələr razılaşma olmadan başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Aprel 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















