Icma.az
close
up
RU
ABŞ nin İrana qarşı hərbi əməliyyat xərcləri 56 mlrd dolları keçib

ABŞ nin İrana qarşı hərbi əməliyyat xərcləri 56 mlrd dolları keçib

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri təxminən 50 günlük aktiv döyüş əməliyyatlarında 56,1 milyard dolları keçib.

"Report"un məlumatına görə, bunu "Iran War Cost Tracker" portalının məlumatları göstərir.

Real vaxt rejimində izləmə resursu Pentaqonun 10 martda ABŞ Konqresi üçün keçirdiyi brifinqdən əldə edilən məlumatlara əsaslanır. Brifinq zamanı bildirilib ki, Vaşinqton Yaxın Şərqdəki döyüş əməliyyatlarının ilk altı günündə 11,3 milyard dollar xərcləyib və münaqişənin sonrakı hər günü üçün təxminən 1 milyard dollar xərcləməyi planlaşdırır.

Qeyd olunur ki, bu rəqəmə qoşunların köçürülməsi və hərbi texnikanın bərpası kimi müəyyən xərc maddələri daxil olmaya bilər. Buna görə də faktiki xərclər xeyli yüksək ola bilər.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları həyata keçiriblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrailə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 8 aprelə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb, lakin uğursuz olub.

Aprelin 15-də ABŞ Prezidenti Donald Tramp İran limanlarının dəniz blokadasını davam etdirməsinə baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan edib. Bu addım Çinlə münasibətləri qorumaq üçün atılıb.

Daha sonra, 18 apreldə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri atəşkəs razılaşmasının pozulmasını və ABŞ Ordusu tərəfindən İran limanlarının davamlı blokadasını əsas gətirərək su yolunun bağlandığını elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Aprel 2026 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri