Icma.az
close
up
RU
ABŞ nin liderliyi və Trampın yeni dünya məntiqi

ABŞ nin liderliyi və Trampın yeni dünya məntiqi

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın fəaliyyəti dünya siyasətində yeni reallıqların formalaşdığını açıq göstərir. Tramp yalnız ölkəsinin strateji maraqlarına uyğun hərəkət etmir, eyni zamanda qlobal güc balansını öz xeyrinə çevirmək məqsədilə beynəlxalq nizamı köklü şəkildə dəyişir.

Bu siyasət göstərir ki, beynəlxalq münasibətlər artıq yalnız hüquqi norma və razılaşmalarla deyil, güc və qüvvə balansı üzərində qurulur. Dünya səhnəsində “kim güclüdür, haqq odur” prinsipi dominant anlayışa çevrilir və ABŞ, bu prinsip əsasında özünü qlobal lider mövqeyində möhkəmləndirmək istəyir. Bu yanaşma beynəlxalq hüququn əhəmiyyətini arxa plana keçirir və dünya siyasətinə yeni tərz gətirir.

Tramp və yeni dünya oyunu

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalq Cəbhəsi” nə açıqlamasında qeyd edib ki, ABŞ-nin son dövrlər sərgilədiyi davranışların məntiqini anlamaq üçün Vaşinqtonun hansı strateji məqsədlər güddüyünü düzgün dərk etmək lazımdır: “Amerika Birləşmiş Ştatları çoxlarının düşündüyü kimi yeni dünya nizamı formalaşdırmır. Əslində ABŞ qlobal dövlət modeli qurmağa çalışır. Yeni dünya nizamı anlayışı nəzəri baxımdan çoxmərkəzli, yəni multipolyar və üfüqi münasibətlər sisteminə əsaslanmalı idi. Yeni dünya nizamı mümkün olan çoxsaylı güc mərkəzlərinin mövcudluğunu nəzərdə tutur. Bu, dövlətlərarası münasibətlərin üfüqi xarakter daşıdığı bir sistem deməkdir. Lakin ABŞ bu yanaşmanı qəbul etmir. Vaşinqton dünyanı şaquli münasibətlər sistemi kimi görür və bu sistemin zirvəsində özünü yerləşdirir.

ABŞ özünü qlobal dövlət kimi təqdim edir və beynəlxalq münasibətləri şaquli piramida şəklində formalaşdırmaq istəyir. Bu piramidanın başında isə məhz Amerika dayanır. ABŞ-nin beynəlxalq arenada atdığı addımlar yalnız bu konsepsiya çərçivəsində məntiqi izahını tapır. Hazırda dünyada baş verən proseslər göstərir ki, ABŞ yeni dünya nizamını deyil, qlobal dövlət nəzəriyyəsini reallaşdırmağa çalışır. Amerikanın davranışlarını anlamaq üçün onun nə istədiyini bilmək əsas şərtdir”.

Rubionin Kuba prezidenti ola bilməsi ilə bağlı səsləndirilən mülahizələrə toxunan Hikmət Babaoğlu burada da siyasi alt-məntiqin mövcud olduğunu bildirib: “Marko Rubio ispan əsillidir. Ona görə də görünür, bu məntiqdən çıxış edərək istənilən ispandilli və portuqaldilli ölkəyə ABŞ prezidenti Rubionu layiqli namizəd kimi görə bilər. Mənə elə gəlir ki, bu fikrin altındakı siyasi məzmun məntiq etibarilə məhz bundan ibarətdir”.

“Tramp və güc qanunu”

Politoloq Azad Məsiyev diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin strateji maraqlarına uyğun hərəkət edir: “Amerika dövləti dünyada bir qütublu sistem yaratmaq və özünü onun lideri kimi möhkəmləndirmək niyyətindədir. Trampın fəaliyyəti də məhz bu məqsədə xidmət edir. Yəni ABŞ dünya səhnəsində hökmranlıq etmək və maraqlarını qorumaq istəyir.

Bu yanaşma beynəlxalq nizamı köklü şəkildə dəyişib. Kim güclüdür, haqq odur prinsipi artıq dünya siyasətində dominant anlayış halına gəlib. Hətta Tramp seçkilər ərəfəsində və andiçmə mərasimində açıq şəkildə bəyan etmişdi ki, Kanada Birləşmiş Ştatlarının bir ştatı olmalıdır. Venesueladakı əməliyyatlar və digər beynəlxalq təşəbbüsləri göstərdi ki, ABŞ artıq dünya idarəetmə sistemində öz gücünü əsas alır. Bu yanaşma bir tərəfdən dünya siyasətində xaos yaradır, digər tərəfdən isə ABŞ-ın strateji maraqlarını təmin edir. Nəticədə beynəlxalq münasibətlər artıq beynəlxalq hüquq çərçivəsində deyil, güc və qüvvə balansına əsaslanır.

O, vurğulayıb ki, Donald Trampın fəaliyyəti bunun bariz nümunəsidir. o, dünya siyasətində yeni reallıqları formalaşdırır və güc prinsiplərini ön plana çıxarır, bu da müasir qlobal düzənə ciddi təsir göstərir”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Yanvar 2026 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri