Icma.az
close
up
RU
Trampın gəlişi ABŞ nin maliyyə sektorunu

Trampın gəlişi ABŞ nin maliyyə sektorunu

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, “The Economist” nəşri indi onun Ağ Evə qayıdışı yaxınlaşdıqca, amerikalı maliyyəçilərin sevinmək üçün nə qədər əsası olduğunun aydınlaşacağını yazır.
“Əvvəla, ABŞ tənzimləyiciləri indi qiymətli kağızlar haqqında qanunların tətbiqi zamanı yeni prioritetlərlə bank sahəsində və onun hüdudlarından kənarda təminata icazə verən yanaşmadan istifadə edəcəklər. İkinici, kriptovalyuta əsl meynstrimə çevriləcək. Üçüncüsü, qaydaların yumşaldılması çoxlu sayda kiçik və orta həcmli kreditorları ilə məşhur olan ABŞ bank sisteminin birləşməsinə kömək edəcək”, - qəzetdə dərc olunan materialda detilir.
Uoll Stritin fikrincə, yeganə təhlükə Trampın onun komandasının MAGA (Make America Great Again – Amerikaya əvvəlki əzəmətini qaytaraq – red. ) instinktlərinin və xaotik yanaşmasının deregulyasiya bumunun qarşısını almağa mane olmasıdır.
Yeni prezidentin təyinatlarından biri qarşıdan gələn dəyişikliklər çox yaxşı xarakterizə edir. Trampın andiçmə günü vəzifəsini tərk edəcəyini açıqlayan Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) rəhbəri Qari Gensler maaşların açıqlanmasını və özəl bazar fondlarına müdaxiləni tələb etməklə Uoll Striti qıcıqlandırıb.
Onun xələfi Pol Atkins prezident Corc Buşun dövründə SEC-də çalışıb və komissiyanın qanunsuzluqda şübhəli bilinən şəxslərin təqibinə yanaşmasını tənqid edib. Belə yanaşmanın keyfiyyyətfən çox kəmiyyətə hesablandığını deyən Atkins, SEC-in şübhələndiyi fərdlərə və qurumlara öz arqumentlərini təqdim etməsini nəzərdə tutan “açıq qapılar” prinsipinə üstünlük verir. Onun fikrincə, bu, müttəhimlərə məhkəmədən kənar barışmaq və ya məhkəməyə müraciət etmək barədə qərar vermək imlanı yaratmaqla məhkəmə prosesini sürətləndirəcək.
Ancaq Atkinslə bağlı incə məqam onun kriptovalyutaları müdafiə edən “Token Alliance” qrupunun həmsədri olmasıdır. Ona digər rəqəmsal aktiv həvəskarlarının da qoşulacağı birmənalıdır. Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin yeni sədri Frenç Hill yeni Konqresin ilk 100 günündə hansı rəqəmsal aktivlərin əmtəə, hansının qiymətli kağız olduğunu təsdiqləmək üçün qanunvericilik təklifi irəli sürəcəyini bildirib.
Bayden administrasiyası əvvəllər banklardan öz balanslarında müştərilər üçün saxladıqları kriptovalyuta barədə hesabat vermələrini tələb edirdi ki, bu da digər aktivlər üçün tətbiq olunan təcrübədən fərqlidir. Böyük ehtimalla Tramp dövründə bu qaydanın aradan götürüləcəyi gözlənilir.
Bundan əlavə, Uoll Strit Baydenin bir çox Amerika banklarının birləşmələrini əngəlləyən və onlara nəzarəti gücləndirən fərmanlarının “yandırılacağına” ümidlidirlər. Trampın təyin etdiyi şəxslər həmçinin “Basel III Endgame” kimi tanınan beynəlxalq bank standartlarının tətbiqinə nəzarət edəcəklər.
Bayden administrasiyası və Federal Ehtiyat Sisiteminin (FES) 2023-cü ildə verdikləri təklif 100 milyard dollardan çox aktivi olan banklardan kapitalı orta hesabla 16% artırmağı tələb edəcəkdi. Banklar təklifin beynəlxalq standartların tələblərindən çox kənara çıxmasından şikayətlənirdilər. Trampın dövründə kredit təşkilatlarının bu halda kapitalı artırmağa ehtiyacı olmayacaq.
Uoll Stritdən başqa yeni administrasiyaya ümid bağlayan Amerika maliyyə bazarının digər seqmentləri, xüsusən də özəl kapital sektoru Trampın gəlişindən nikbindir.
Eyni zamanda, Trampın rəhbərliyi altında Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcək İlon Mask maliyyə böhranından sonra yaradılmış İstehlakçıların Maliyyə Müdafiəsi Agentliyini “ləğv etmək” istəyir. Lakin federal qurumların birləşdirilməsi və ya ləğvi Konqresin hər iki palatasının razılığını tələb edəcək. Respublikaçıların Nümayəndələr Palatasında cüzi liderliyi fonunda bunun bunun çətin olacağı düşünülür.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Yanvar 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri