Icma.az
close
up
RU
ABŞ nin müharibədə tərəfə çevrilməməsi üçün Tramp Putinlə müharibəni dayandırmaq üçün görüşə bilər

ABŞ nin müharibədə tərəfə çevrilməməsi üçün Tramp Putinlə müharibəni dayandırmaq üçün görüşə bilər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdır. Lakin, Kreml lideri Ukraynadakı müharibəyə son qoymaq üçün real addımlar atmağa razı olarsa...

Bloomberg-in məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio Trampın G-7 sammitində Putinlə görüşməyə hazır olduğunu açıqlayıb. Amerika rəsmisinin sözlərinə görə, görüş Ukraynadakı müharibəyə son qoymaq üçün aydın addımlar baxımından konkret və müsbət nəticələr verməlidir. "Hər iki tərəf prezidentlərimiz arasında növbəti görüşün konkret nəticə verməli olduğuna razılaşıb - biz müsbət bir şey əldə etmək üçün real şansın olduğunu bilməliyik", - Rubio deyib. ABŞ dövlət katibi izah edib ki, bu, sadəcə bunun xatirinə görüş olmayacaq. ABŞ sadəcə bunun xatirinə görüşlər axtarmır. ABŞ Ukraynadakı müharibənin dayandırılmasının çətin olduğunu etiraf edib.

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, indiki halda ABŞ-nin 47-ci prezidenti Tramp seçki öncəsi platformasında da və seçki sonrasındakı bəyanatlardan da konkret olaraq dünyada "sülh carçısı" olacağını bəyan etmişdi və Ukrayna–Rusiya müharibəsinin tez bir müddətdə bitməsinin, yəni qarşısının alınması haqqında öhdəlik götürmüşdü: “Sonradan bildiyimiz kimi, Alyaskada Trampla Putin görüşü baş tutdu. Onların təqribən iki saat yarımlıq bir təması oldu. Həmin təmasda əsas mövzu əlbəttə ki, ABŞ Rusiya münasibətləri idi. Kiçik bir hissəsi Rusiya Ukrayna müharibəsinə dair idi. Sonra Tramp Ağ Evdə Avropa İttifaqına daxil olan NATO dövlətlərini qəbul etdi və həmin dövlətlərlə görüşdə yaxınlarda bir zirvə toplantısının ABŞ prezidenti də iştirak etmək şərtilə Rusiya Ukrayna prezidentlərinin görüşünü təşkil edəcəyi haqqında bəyanat verdi. Ehtimal olunur ki, həmin görüşdə ikitərəfli və yaxud sonradan üçtərəfli görüş ola bilər. ABŞ prezidentinin bu çıxışından sonra belə platforma qəbul olundu ki, ABŞ-nin dövlət katibi, Rusiyanın xarici işlər naziri Lavrova telefon danışığında bu görüş haqqında detalları müəyyənləşdirəcəklər və görüş yeri bildiyiniz kimi Budapeşt – Macarıstan müəyyənləşdirlib. Macarıstanın dövlət başçısı Orban da bu görüşün keçirilməsinə hazır olduğu haqda məlumat verdi. O istiqamətdə danışdı ki, bu həm Orbana bir hədiyyə kimi qəbul olunmalıdır. Belə ki, 2026-cı ildə Macarıstanda seçkilər keçiriləcək və bu sammitin orada baş tutması əlbəttə ki, Macarıstan dövlətinə reverans olacaqdır. Sonradan bildiyimiz kimi Marko Rubio ilə Lavrov görüşü heç də ürək açan olmadı. Rubinin Trampa verdiyi məlumatdan belə başa düşüldü ki, Rusiya tərəfi hələki danışıqlara hazır deyil”.

Yusif Bağırzadə qeyd edib ki, ABŞ Rusiyadan atəşkəsin olmasını və sonradan sülh danışıqları prosesinin başlamasını istəyirdi: “Bu, həm də Ukrayna modeli idi. Sonradan ABŞ da Rusiya modelinə keçdi, dedi ki, “hə, sülh danışıqları olsun, sonradan atəşkəs olsun”. Ancaq görünən o idi ki, Rusiya bu görüşlərə hazır deyildi. Əlbəttə ki, Marko Rubionun bu bəyanatı real bəyanatdır. Baxmayaraq ki, iki gün öncə Ukraynanın prezidenti Zelenski Rusiyanın prezidenti ilə görüşməyin heç bir əhəmiyyəti olmaması haqqında və bu görüşün baş tutmasına maraqlı olmadığı haqqında bəyanat vermişdir. Ancaq nəzərə alsaq ki, ABŞ ın həm Rusiyaya, həm də Ukraynaya təsiri böyükdür, Rusiya təsiri o mənada böyükdür. Rusiya bu gün sanksiya altındadır. Onun iki böyük şirkəti “Rosneft” və “Lukoyl” ABŞ-nin Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalıb. Bu da Rusiyanın büdcəsinin təqribən 25-30 faizinin formalaşmasına köməklik edən böyük şirkətlərdir.

Digər tərəfdən də bildiyiniz kimi Senatda Rusiyanın terrorist dövləti kimi və eyni zamanda digər maddəli bir paket hazırlanır. Ola bilsin, yaxın günlərdə bu təsdiq olundu. Bunun təsdiq olunmasına şatdaun mane oldu. Belə ki, 60-a yaxın senator Trampın 2026-cı ildə təqdim etdiyi büdcəyə razılıq verdi”.

Politoloqun fikrincə, digər tərəfdən ABŞ-nin həm də Ukraynaya təsiri böyükdür, çünki hərbi texnika verir və həmin texnikanın pulunu baxmayaraq ki, Avropa İttifaqına daxil olan NATO dövlətləri ödəyir, ancaq texnika və hərbi sursatlar Amerika Birləşmiş Ştatlarına məxsusdur. Yusif Bağırzadə bildirib ki, şatdauna qədər Ukraynaya beş milyard dollara yaxın hərbi texnikanın verilməsi də dayandırılmışdır.

Politoloqun sözlərinə görə, böyük ehtimalla bu görüş baş tutacaq: “ABŞ bu platformada tərəf deyil. Eyni zamanda ABŞ Rusiya münasibətləri normallaşıb. Bildiyiniz kimi, 2026-cı ilin fevral ayında bu nüvə silahından istifadə silahlarının dayandırılmasına əlaqədar bir müqavilə vardı. Hansı ki, 2023-cü ildə Rusiya birtərəfli qaydada bu müqaviləni tərk etmişdi. Səbəb də göstərmişdi ki, bizim Rusiya Dumasında bu ratifikasiya olunub. Ancaq ABŞ Konqresində Senatın radifikasiya olunmuşdur. Bildiyiniz kimi, həmin müqaviləyə 187 dövlətdən 178 dövlət qoşulub. Ratifikasiya etməyən dövlətlərin içində ABŞ, Çin və digər dövlətlər vardı. Böyük ehtimalla bu görüş baş tutacaq. Məqsəd isə, Rusiya-Ukrayna müharibəsini dayandırmaqdan ibarətdir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri