Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 9 noyabr, AZƏRTAC
ABŞ prezidenti Donald Tramp gələn həftə Çinin Şenjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çinli və rusiyalı həmkarları Si Çinpin və Vladimir Putinlə görüşəcəyini düşünür.
AZƏRTAC “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bunu ABŞ lideri Floridanın Vest Palm Biç şəhərində jurnalistlərə açıqlaması zamanı deyib.
“Düşünürəm ki, görüşlərdən biri Prezident Putin və Prezident Si ilə olacaq. Və bu, maraqlı keçəcək. Biz bir çox məsələləri, o cümlədən nüvəsizləşdirməni müzakirə edəcəyik. Amma danışacağımız mövzular çoxdur. Biz İrandakı müharibəni bitirməyə çalışırıq və buna nail oluruq. Çünki tək etməli olduğumuz şey oranın nəfəsliyini kəsməkdir və biz bunu edirik”, - deyə ABŞ Prezidenti qeyd edib.
Tramp ABŞ-nin İranın quru tədarük marşrutlarının qarşısını almağı hədəfləyən “Dəmir Qapı” (Operation Iron Gate) əməliyyatının qüvvədə olduğunu qeyd edib: “Bu o deməkdir ki, quru yolu ilə heç nə daxil olmur. Bildiyiniz kimi, dəniz blokadası vasitəsilə də su yolu ilə heç nəyin daxil olmasına imkan verilmir”.
1989-cu ildə təsis edilmiş APEC-in tərkibinə Avstraliya, Kanada, Yaponiya, Çin, Rusiya və ABŞ da daxil olmaqla 21 ölkə üzvdür. Təşkilatın liderləri hər il bir araya gəlirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 09 Noyabr 2026 07:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















