ABŞ nin neft ehtiyatları azalır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 900 min barel azalaraq 409 milyon 800 min barel olub. Bazar proqnozları ehtiyatların 1 milyon 700 min barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 400 min barel azalaraq 282 milyon 200 min barel olub. Ölkənin benzin ehtiyatları hesabat həftəsində 200 min barel azalaraq 209 milyon barel təşkil edib.
Baxış sayı:126
Bu xəbər 05 Noyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















