Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlərdə cüzi artım müşahidə olunur. Bazarda müəyyən durğunluq olsa da, xüsusilə son 15 ildə istehsal edilmiş avtomobillərə marağın artması qiymətlərə təsirsiz ötüşmür".
BAKU.WS-in məlumatına görə, avtomobil bazarındakı vəziyyəti şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, ikinci əl avtomobillərin qiymətləri təxminən 1,8 faiz artıb.
Onun sözlərinə görə, bu tendensiyanın əsas səbəblərindən biri Çin istehsalı olan avtomobillərin də bahalaşmasıdır:
"Nəticədə alıcıların bir qismi daha münasib alternativ kimi ikinci əl avtomobillərə üstünlük verir. Manatın alıcılıq qabiliyyəti və bazarda formalaşan tələb də qiymətlərə təsir göstərir.
Bütün avtomobillərdə eyni qiymət dinamikası müşahidə olunmur. Xüsusilə 2010-cu ildən əvvəl istehsal edilmiş, o cümlədən 2002–2010-cu illərin modellərinə tələbat nisbətən zəifdir və bu avtomobillərin qiymətlərində azalma qeydə alınır.
Ümumilikdə isə yaxın dövrdə ikinci əl avtomobillərin kütləvi şəkildə ucuzlaşacağı gözlənilmir. Manatın alıcılıq qabiliyyəti, inflyasiya, idxal və logistika xərcləri avtomobil bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amillərdəndir. Əhəmiyyətli qiymət enişi üçün ciddi iqtisadi böhran və ya bazar şəraitində köklü dəyişikliklər baş verməlidir".
AQC sədri əlavə edib ki, alqı-satqı əməliyyatlarında mövcud durğunluq davam edərsə, gələcəkdə müəyyən qiymət azalmaları mümkündür.
Mütəxəssisin proqnozuna görə, bu tendensiya 2027-ci ilə qədər davam edəcəyi təqdirdə, həmin ilin sonu və ya 2028-ci ilin əvvəlində avtomobillərin qiymətlərində cüzi ucuzlaşma baş verə bilər. Hələlik isə bazarda ümumi mənzərə bahalaşma istiqamətindədir və yaxın zamanda ciddi qiymət enişi gözlənilmir.
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:347
Bu xəbər 03 Noyabr 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















