Icma.az
close
up
RU
ABŞ nin Rusiya ilə bağlı siyasəti dəyişir: Moskva daha çətin vəziyyətə düşəcək”

ABŞ nin Rusiya ilə bağlı siyasəti dəyişir: Moskva daha çətin vəziyyətə düşəcək”

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Ukrayna silahlı qüvvələri son bir neçə gündür ki, cəbhədə atəşkəs rejiminə əməl edir. Bunun hansı səbəbdən olduğu açıqlanmasa da hərbi mənbələr atəşkəs göstərişinin yuxarıdan gəldiyini bildirirlər. 


Rəsmi Kiyevin belə bir qərar qəbul etməsini bəzi dairələr sülh danışıqlarına hazırlıq kimi şərh edir. 


Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bu atəşkəsin Kiyev üçün strateji əhəmiyyətini və onun Qərblə olan əlaqələrini şərh edərkən maraqlı bir neçə məqamı vurğulayıb.


Xalidbəyli bildirib ki, ABŞ və Kiyev arasında artan dialoq, daha məhsuldar və pozitiv bir atmosferin formalaşmasına səbəb olub. “ABŞ-nin Ukrayna ilə anlaşmış kimi görünməsi, həmçinin Ağ Evlə Kiyev arasında daha sıx əməkdaşlığın mövcud olduğu müşahidə edilir. Bu baxımdan, rəsmi Kiyev atəşkəs təklifinə əməl etməklə, Rusiyanı beynəlxalq məkanda daha da çətin vəziyyətə salmaq niyyəti güdür”, – deyə ekspert qeyd edib.


Ekspert atəşkəsin Ukraynanın sülh danışıqları üçün hazırlığı kimi şərh edilməməli olduğunu da bildirdidi. Onun fikrincə, rəsmi Kiyev, beynəlxalq ictimaiyyəti və Qərb dövlətlərini inandırmaq istəyir ki, müharibənin davamı üçün məsuliyyət daşıyan tərəf Rusiyadır:

“Ukrayna beynəlxalq ictimaiyyətin və Qərb dövlətlərinin qənaətlərini möhkəmləndirmək üçün bu təklifi dəstəkləyir. Rəsmi Kiyev Ukraynanın bu müharibədə günahkar olmadığını bir daha sübut etməyi və bu günahı tamamilə Rusiyanın üzərinə yıxmağı hədəfləyir”.


Bundan başqa E.Xalidbəyli bildirib ki, ABŞ və Qərb artıq Rusiyanın müharibə cinayətləri və mülki əraziləri hədəf alması məsələlərini daha ciddi şəkildə izləyir:

"Tramp və onun administrasiyasına daxil olan bəzi yünsək ranqlı şəxslər Ukrayna müharibəsinin davam etməsinin qarşısında duran ən böyük əngəlin Putin olduğunu vurğulamışdılar. Bu da ABŞ-nin artıq Rusiyaya qarşı daha sərt mövqe sərgiləmək və müharibə prosesinə dair məsuliyyəti Rusiya üzərinə atmaq niyyətində olduğunu göstərir”.


Politoloq həmçinin əlavə edib ki, əgər bu tendensiya davam edərsə, ABŞ və kollektiv Qərb Ukraynaya hərbi dəstəyi bərpa edəcək və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklər. “Rusiyanın, xüsusilə də yaşayış ərazilərinə qarşı hücumları beynəlxalq ictimaiyyətdə daha çox qınanır və bu, ABŞ-nin siyasətini dəyişməyə gətirib çıxarır”, – deyə ekspert vurğulayıb:

"Nəticə etibarilə, rəsmi Kiyev, atəşkəs təklifinə əməl etməklə yalnız müharibəni dayandırmağa deyil, həm də beynəlxalq aləmdə Rusiyanın müharibəyə davam etməsinin yanlış olduğunu daha qəti şəkildə ortaya qoymağa çalışır”.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 May 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri