Icma.az
close
up
RU
Rusiya və Əsəd itirəcək, İran çətin vəziyyətə düşəcək... Suriyadan kim qazanclı çıxacaq?

Rusiya və Əsəd itirəcək, İran çətin vəziyyətə düşəcək... Suriyadan kim qazanclı çıxacaq?

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Suriyada rejim əleyhdarları Hələbdən sonra Hama şəhərini ələ keçirib. 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, Hamadan sonra hadisələr təkcə Əsəd üçün deyil, Rusiya üçün də təhlükəli ssenari üzrə cərəyan edə bilər:

“Çünki növbədə Homs şəhəridir. Bu şəhər Əsədin nəzarətindən çıxarsa, bunun regional geosiyasət baxımından strateji xarakterli nəticələri olacaq. Əvvəla, bu halda dənizə çıxışını itirəcək rejimin taleyi tükdən asılı vəziyyətə düşəcək, Latakiya və Tartus kimi həyati vacib regionlarla Şamın quru bağlantısı kəsilmiş olacaq. Digər yandan, Tartusda Rusiyanın hərbi dəniz bazası, Latakiyada isə aviabazası yerləşir. “Heyətü Təhrir əş-Şam”ın (HTŞ) Homsdan sonra Rusiya aviasiyasını qovmaq üçün Hmeymimə yönəlməsi ehtimalı var. Artıq Rusiya Tartus limanından gəmilərini çıxarıb. Bu hərbi bazalar Rusiyanın Orta Şərq, Aralıq dənizi və Şimali Afrikadakı maraqları baxımından çox önəmli dayaq məntəqələridir. Əsəd rejimi çökərsə, Suriyanın gələcəyi ilə bağlı müzakirələrdə Rusiya bu hərbi bazaları əlində saxlamaq üçün ABŞ və regional güclərlə anlaşmağa çalışacaq”.

Ekspert bildirdi ki, Suriyadakı mənzərəni kökündən dəyişdirməyə nail olmuş “Heyətü Təhrir əş-Şam” qruplaşması dünya, o cümlədən Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır:

“HTŞ vaxtilə “Əl-Kaida”nın Suriya qolu olmuş sələfi-cihadçı “Əl Nüsra Cəbhəsi”nin davamıdır. Ötən müddətdə qruplaşmanın lideri əl-Colani fəal marketinq strategiyası ilə məşğul olub, təşkilatın imicini yaxşılaşdırmağa çalışıb. HTŞ ingilis dilində yaydığı açıqlamalarda nəzarət etdiyi ərazilərdə bütün etnik-dini qrupların təhlükəsizliyini təmin edəcəyini, hər kəsin, o cümlədən xristianların, kürdlərin haqlarına və inancına hörmətlə yanaşacağını bildirir. Son vaxtlara qədər yalnız İdlib vilayəti bu qruplaşmanın nəzarətində idi. Ankara HTŞ-ni deyil, Suriya Milli Ordusu qruplarını dəstəkləyir. Amma Türkiyə-Suriya sərhədindəki Cilvəgözü sərhəd-buraxılış məntəqəsi HTŞ-nin nəzarətindədir və ötən müddətdə onların İdlibdə duruş gətirə bilməsində bu amil mühüm rol oynayıb”.

Ş.Cəfərli qeyd etdi ki, HTŞ-nin irəliləyişlərinin digər benefisiarları İsrail və ABŞ-dir:

“İranın regiondakı əsas vəkil gücü “Hizbullah”a, eləcə də HƏMAS-a divan tutan İsrail iranlıları Suriyadan tamamilə vurub çıxarmağa və beləliklə, İranın Livanla faktiki quru əlaqəsini kəsməyə çalışır. Bu proseslər Suriya kürdləri üçün də yeni fürsətlər aça bilər. HTŞ-nin YPG-ni hədəf almaması diqqəti cəlb edən məqamlardan biridir. Qarşıdakı mərhələdə Suriyanın taleyi masaya gələndə ölkənin şimalında İraq modeli üzrə kürd muxtar bölgəsinin yaradılması güclü ehtimal kimi görünür”.

Günay 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri