Icma.az
close
up
RU
ABŞ nin sanksiya hədəsi Rusiyanın masaya gətirilərək ram edilməsinə xidmət edə bilər Analitik

ABŞ nin sanksiya hədəsi Rusiyanın masaya gətirilərək ram edilməsinə xidmət edə bilər Analitik

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

ABŞ senatorları Lindsi Qrem (Respublikaçı) və Riçard Blumental (Demokrat) G7 sammitinədək Rusiyanın enerji məhsullarını idxal edən ölkələrə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin qəbulunu planlaşdırdıqlarını bildiriblər.

"Bloomberg" agentliyinin məlumatına görə, bu açıqlama senatorların Parisdə Fransa rəsmiləri ilə görüşlərindən sonra yayımladıqları birgə bəyanatda əksini tapıb.

Hələ aprel ayında təqdim edilən qanun layihəsində Rusiyadan neft, qaz, neft məhsulları və uran idxal edən ölkələrə qarşı 500 faiz rüsum tətbiq olunması təklif edilir.

Nəşr senatorların bu sözlərini sitat gətirir: “Biz Avropa ilə razılaşdırılmış şəkildə G7 sammitinədək bu sanksiyaları tətbiq etməyə ümid edirik”.

Təklifin Senatın 82 üzvü tərəfindən dəstəkləndiyi bildirilir.

Qeyd edək ki, G7 sammiti iyunun 15-dən 17-dək ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyanın iştirakı ilə keçiriləcək.

Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, dünyada Rusiyaya qarşı münasibət getdikcə kəskinləşir:


"Ukrayna müharibəsi artıq həlledici mərhələyə qədəm qoyub. İki dövlət arasında olan münaqişə və problem olmaqdan çıxaraq başqa dünya dövlətlərinə də ciddi problemə çevrilməkdədir. Təkcə ABŞ-nin deyil, Almaniya və Böyük Britaniyanın da rəsmiləri artıq Rusiya əleyhinə təsirli qərarlar verməyə başlayıblar. Ukrayna dünən Rusiyanın hərbi hava qüvvələrinin yerləşdiyi bazalara məhz Rusiya daxilindən dron zərbələri endirib 40-a yaxın döyüş təyyarəsi sıradan çıxarılıb. Məlumata görə Rusiyaya 7 milyard dollar ziyan dəyib. ABŞ mümkün qədər münaqişəyə özü qoşulmaq istəmir. Əsasən Avropanı ittiham və təhrik edir. Rusiyadan enerji idxal edən ölkələrə sanksiya tətbiq etmək heç də savaşın dayanmasına hesablanmayıb. Bu, ABŞ-nin maddi maraqlarına hesablanıb. Çünki burada rüsumların kəskin qaldırılması siyasəti durur. Yəni, bu cür müharibələrdən, pozulmuş münasibətlərdən maksim istifadə edərək bir növü fürsətcil davranaraq ölkəyə xeyir gətirmək".


Politoloq qeyd edib ki, Trampın hakimiyyətə gəlməsi ilə rüsum qaldırma haqda qərarlar qəbul etməsi siyasəti başladı:

"Onun üçün mədəni, mənəvi, siyasi münasibətlərin əhəmiyyəti yoxdur, yetər ki, qarşı tərəfdən maddiyyat, gəlir əldə etsin. Yəni, sırf biznes siyasəti aparır və dövlət rəhbərinin xüsusiyyətlərindən daha çox şirkət, müəssisə rəhbəri kimi davranır. Əgər Rusiyaya təziq göstərmək istəyirdisə birbaşa sanksiyalar ola bilərdi. Ancaq Rusiyadan enerji resurslarını idxal edən ölkələrə qarşı sanksiyalar tətbiq etmək, rüsumları qaldırmaq problemin həllinə yox dərinləşməsinə səbəb ola bilər. Hətta bu sözügedən ölkələrin ABŞ-dən uzaqlaşıb Rusiyaya yaxınlaşmasına, ən azı siyasi və digər yollarla dəstək verməsinə gətirib çıxara bilər. Bir sözlə ABŞ-nin "qaş düzəltdiyi yerdə göz çıxarması ilə"nəticələnə bilər.

Təbii ki, əgər bu qərara qəbul olunarsa alternativ də olmalıdır. ABŞ-nin məqsədi isə yalnız biznes maraqlarıdır. Amma hədəf Rusiyaya təsir göstərib Ukrayna müharibəsini dayandırmaqdırsa burada maddi maraqlar ön plana keçməməlidir. İrana qarşı çoxsaylı sanksiyalar tətbiq edilib, lakin heç nə dəyişmir. Əksinə sanksiyalar tətbiq edilən ölkə daxili istehsalatı inkişaf etdirib xaricdən asılılığı minimuma endirir. Problemin nəzərdə tutulan həlli isə əksinə mümkünsüz hala gəlir. ABŞ-nin Rusiyaya təsir və təziq göstərərək Ukrayna probleminin həllində rol alması sanksiyalarla mümkün olası iş deyil. Ciddi, həlledici addımlar atılmalıdır. Başqalarına ziyan vuraraq Rusiyaya təsir göstərməyi nəzərdə tutan bu bəyanat siyasi təlatümü daha da artıracaq. Ümumiyyətlə ABŞ prezidentinin bu məsələ ilə bağlı bəyanatları dünyada çox da ciddi qəbul olunmur".


Tural İrfan qeyd edib ki, ziddiyyətli, təzadlı və ikili standartlarla verilən qeyri-ciddi açıqlamalar Rusiyanın daha da stabil müqavimət göstərməsinə səbəb olur:

"Avropa, ABŞ və dəstəkçi digər dövlətlər Rusiya qarşısında aciz qalıblar? Bu cür davranışlar, Avropa ilə ABŞ-nin arasında Ukrayna mövzusundakı ziddiyyətlər və hazırki bəyanatlarla Rusiyadan enerji resursları alan ölkələrə sanksiya tətbiq etmək ümumi vəziyyəti gərginləşdirməyə xidmət edir. ABŞ liderinin zəif siyasi xarakterinin təzahürünün nəticəsində İsrail - Həmas münaqişəsi də vəd edildiyi kimi nizama salınmadı. Həmçinin Rusiya Ukrayna müharibəsinin durmasında da nailiyyətlər əldə olunmadı. Ancaq bunlara rəğmən Ukraynanın dünənki hücumu və Türkiyə vasitəsilə aparılan danışıqlar ərəfəsində ABŞ-nin də belə bəyanatla çıxış etməsi Rusiyanın masaya gətirilərək ram edilməsinə xidmət edə bilər. Təbii ki, müxtəlif üsullarla təsir göstərilir ki, arada razılaşma baş tutsun. ABŞ-nin bu bəyanatı münaqişənin həllini deyil, yalnız öz iqtisadi maraqlarını nəzərdə tutsa da vasitəçi dövlətlər bu bəyanatdan yararlanaraq Rusiyaya təsir göstərə, müəyyən razılaşmalara razı sala bilərlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see167

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see144

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see141

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see137

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see133

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see130

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri