Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” ANALİTİK

“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” ANALİTİK

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zəngəzur dəhlizi Kreml üçün kabusa çevrilir

Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi düşünülməmiş qərardır.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

O bildirib ki, belə bir addımdan sonra mövcud sistem bir gecədə sıradan çıxa bilər:

"Digər ölkələrin dəmir yollarının idarə olunmasındakı səriştəsini qiymətləndirməyəcəyəm, amma əminliklə deyə bilərəm ki, başqa bir şirkətin Ermənistanda uzun müddətdir ki, ən çətin şərtlərdə effektiv şəkildə fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını tam əvəz edə bilməsi ehtimalı azdır.

Bu yaxınlarda Ermənistanın ABŞ ilə nüvə əməkdaşlığı planları ilə bağlı vəziyyəti şərh etdim. Beləliklə, diplomatik dillə desək, düşünülməmiş qərarlar sıravi Ermənistan vətəndaşlarına baha başa gələcək təhlükəli təcrübələrə səbəb ola bilərmi?

Təxminən iyirmi il ərzində qurulmuş bir sistem sadəcə bir gecədə çökə bilər. Təbii ki, heç bir "dost ölkə" buna görə məsuliyyət daşımayacaq. Ümid edirəm ki, vacib qərarlar qəbul edərkən Ermənistan rəhbərliyi yalnız vətəndaşlarının maraqlarından çıxış edəcək".

Politoloq Elçin Xalidbəyli “Sherg.az” a bildirib ki, Zəngəzur dəhlizinin reallığa çevrilmə ehtimalı artdıqca, Kremldə ciddi narahatlıq və isterik vəziyyət müşahidə olunur:

“Moskva anlayır ki, əgər Tramp marşrutu həyata keçərsə, bu, həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən sürətlə uzaqlaşması ilə nəticələnəcək. Hazırda Amerika Birləşmiş Ştatları regiona fəal şəkildə maraq göstərir və Ermənistanda yerləşməyə başlamaqdadır. ABŞ vitse-prezidenti Vensin Cənubi Qafqaza səfəri bunu açıq şəkildə göstərir ki, Vaşinqton bu regiona xüsusi strateji əhəmiyyət verir. Bayden Administrasiyasının yanaşmasından fərqli olaraq, ABŞ hazırkı strategiyasında Cənubi Qafqazı yalnız regional deyil, qlobal geosiyasi və iqtisadi baxımdan da strateji əhəmiyyətli bir region kimi qəbul edir. Bu yanaşma Cənubi Qafqazın qlobal logistika və tranzit mərkəzinə çevrilmə perspektivlərini daha da aktuallaşdırır. Beləliklə, Zəngəzur dəhlizinin açılması və regionun qlobal iqtisadi layihələrdə iştirakının artması, həm geosiyasi balansı dəyişdirə, həm də ABŞ və müttəfiqlərinin regiondakı mövqelərini gücləndirə bilər”.

E. Xalidbəyli qeyd edib ki, bütün bunlar təbii olaraq Kremli ciddi şəkildə qıcıqlandırır:

“Çünki Cənubi Qafqazın əldən çıxma ehtimalının artdığını aydın şəkildə görür. Cənubi Qafqazda Rusiyanın əsas təsir mexanizmləri məhz Ermənistan üzərində cəmləndiyindən, Kreml bu ölkə ilə qarşıdurmanı dərinləşdirir. Lakin Ermənistan tədricən Rusiyanın təsir mexanizmlərini zəiflətməyə çalışır. Məsələn, əvvəllər Rusiya sərhədçiləri Ermənistan hava limanından çıxarılmışdı, artıq isə onların Türkiyə və İran sərhədlərindən çıxarılması mövzusu ciddi müzakirə predmeti olub. Eyni zamanda, Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistandan çıxarılması da gündəmə gətirilir. Belə bir vəziyyətdə, Rusiyanın əlindəki ən əhəmiyyətli təsir mexanizmlərindən biri olan Ermənistanın bütün dəmiryollarına nəzarət məsələsi də təhdid altına düşür.  

Bu proses, regionda Rusiyanın mövqeyinin sürətlə zəifləməsinə işarə edir və Kremlin Ermənistan üzərindəki ənənəvi təsir vasitələrinin əhəmiyyətli ölçüdə məhdudlaşdığını göstərir”.

Politoloqun sözlərinə görə, rəsmi İrəvan artıq bu istiqamətdə yeni prioritetlər müəyyən etdiyini açıq şəkildə göstərir:

“Bəzi iddialara görə, Ermənistan dəmiryollarının Rusiyanın təsir dairəsindən çıxarılmasının vacibliyini Paşinyan hakimiyyəti dərk etməyə başlayıb və bu istiqamətdə müəyyən addımlar atmağa cəhd göstərir. Bu isə Kremli ciddi şəkildə qıcıqlandırır və Şoyqunun Rəsmi İrəvana yönəlik xəbərdarlıqları məhz buradan qaynaqlanır.

Böyük ehtimalla, dəmiryollarına nəzarət Rusiyanın əlindən alınarsa, Kremlin Tramp marşrutu üzrə regionda iştirak iddiası irəli sürmək imkanı belə olmayacaq. Həm Amerika Birləşmiş Ştatları, həm də Ermənistan Rusiyanın Zəngəzur dəhlizi layihəsində iştirakını yolverilməz hesab edir. Rusiya son vaxtlara qədər dəmiryolları üzərindən bu layihəyə qatılmaq ümidlərini qoruyub saxlayırdı. Lakin indi görünür ki, bu ümidlər də boşa çıxır. Bu vəziyyət Moskvanı ciddi şəkildə aqressivləşdirir və Ermənistana qarşı təhdidkar açıqlamalar verməyə sövq edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri