Icma.az
close
up
RU
ABŞ nin təhlükəsizlik zəmanəti: Maduro üçün yeni yol xəritəsi

ABŞ nin təhlükəsizlik zəmanəti: Maduro üçün yeni yol xəritəsi

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Venesuela Prezidenti Nikolas Maduro dərhal istefa verəcəyi təqdirdə ABŞ ölkəni tərk edərkən onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır.

Bu barədə “Miyami Herald” mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Maduro vəzifəsindən gedəcəyi təqdirdə ABŞ onun özünün, eləcə də həyat yoldaşı və oğlunun təhlükəsiz şəkildə ölkədən çıxmasına zəmanət verməyə hazırdır:
“Karakas isə siyasi nəzarəti müxalifət qüvvələrinə təhvil verməyi, lakin silahlı qüvvələrə komandanlığı mövcud rəhbərliyə həvalə etməyi təklif edib. Liderlərin telefon danışığı birbaşa qarşıdurmadan yayınmaq üçün son cəhd idi. Zəng Braziliya, Qətər və Türkiyənin vasitəçiliyi ilə təşkil edilmişdi”.
Qeyd edək ki, daha öncə Maduronun 18 ay müddətinə istefa verməyə razılşaması, ABŞ-ın isə istefanın dərhal elan edilməsini tələb etdiyi barədə məlumat yayılmışdı.

Bəs görəsən, Maduro üçün ölkəni tərk etmək nə qədər real və rasional seçimdir?

Ümumiyyətlə, ABŞ və müttəfiqlərinin təcavüz və ya daha sərt sanksiyalarla təzyiqini gücləndirməsi, eləcə də Vaşinqtonun Maduronu dərhal istefaya çağırması və ona təhlükəsizlik zəmanəti təklif etməsi (ailəsi ilə birlikdə ölkəni tərk etməsinə zəmanət) bu çıxış yolunu real edir.

Vaşinqtonun həm diplomatik həm də hərbi təzyiq imkanları çıxışı Maduro üçün daha cəlbedici edə bilər. Xüsusilə şəxsi təhlükəsizlik və hüquqi risklər nəzərə alınanda.

Bəs Maduro niyə tərk edə bilər?

Tərk etməyə məcbur edən amillər var.

Məsələn, ən sadəsi olan şəxsi və ailə təhlükəsizliyi.

ABŞ kimi güclü aktordan konkret zəmanət varsa, fiziki təhlükədən və həbs-ekstradisiya riskindən qorunmaq üçün tərk etmək ağıllı seçimdir.

Daha sonra hüquqi və iqtisadi nəticələrdən qaçış demək olar. Beynəlxalq təqiblər, həbs orderləri, mülkiyyətin dondurulması və sanksiyalar daha sərtləşərsə, xaricdə yaşamaq daha əlverişli ola bilər. Üstəlik, əgər ona ümumi amnistiya, maliyyə və sığınacaq təmin olunarsa, uzunmüddətli hakimiyyətdə qalmaq əvəzində saxlanılmamaq üçün çıxış məntiqli ola bilər.

Konkret desək, niyə rasional olmaya bilər?

Maduro rejiminin əsas dayağı ordunun, təhlükəsizlik xidmətlərinin və dövlət mənbələrinin bir hissəsidir. Bu dayaqlar tam əmin olmadıqca tərk etməsi rejimin dağılmasına və ona qarşı intiqam riskinə gətirib çıxara bilər.

Rusiya, Kuba və Çinin dəstəyi, daha dəqiq, xarici himayədarlar Maduronun qalmasına çalışa bilər və onlarla danışıqların nəticəsi çıxışı çətinləşdirə bilər.

Bütün hallarda Maduro üçün rejimi tərk etmək daha artıq şəxsi gücün, təsirin və ideoloji mirasın itirilməsi deməkdir.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri