Icma.az
close
up
RU
Ukrayna üçün təhlükəsizlik zəmanəti verildi RƏY

Ukrayna üçün təhlükəsizlik zəmanəti verildi RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Çətinliklə əldə edilən bu razılaşma ABŞ-nin Ukraynaya daha çox hərbi yardımının qapısını yenidən aça bilər


ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar. Bu barədə "Bloomberg" məlumat yayıb. Nəşrin yazdığına görə, saziş ABŞ-yə alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək. Ukrayna rəsmiləri sazişdə hər iki ölkənin maraqlarının bərabər şəkildə qorunduğunu açıqlayırlar. Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ ilə birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişin imzalandığını təsdiqləyib. O, bu barədə feysbukdakı səhifəsində paylaşım edib. Sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50 faizini bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar. Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur. Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, ABŞ ilə birlikdə İnvestisiyaların Bərpası Fondu yaradılacaq. Ukrayna dövləti təbii sərvətlərə tam nəzarəti özündə saxlayır. Üstəlik, saziş ölkənin Avropaya inteqrasiyasını yavaşlatmamalıdır. Bundan başqa, sənəddə Ukrayna üçün heç bir borc öhdəliyi nəzərdə tutulmur. Hazırda əsas maraq doğuran məsələ isə sənədin bu ölkələrə gətirəcəyi dividendlərlə bağlıdır. Məsələ ətrafında fərqli fikirlər mövcuddur. Slovakiya Baş naziri Robert Fitso deyib ki, Volodimir Zelenski ABŞ ilə nadir torpaq metalları müqaviləsi bağlamaqla Ukraynada münaqişənin davam etməsini təmin etmək istəyir: "ABŞ ilə Ukrayna arasında imzalanan müqavilə məhz belə bir müqavilədir. Qoy indi cənab Zelenski qəzəbdən partlasın. Niyə imza atdığını bilirəm. Cənab Zelenski müharibəni satın aldı. Cənab Zelenskiyə müharibəni davam etdirmək çox vacibdir. Və o, bu razılaşma ilə ABŞ-nin sülh səylərini bir növ zəiflətdiyini düşünür". Bu arada ABŞ Ukraynaya F-16 təyyarələrinin 310,5 milyon dollar dəyərində texniki dəstək kimi xidmətlərinin və avadanlıqların satışını təsdiqləyib. Bu barədə Dövlət Departamenti qərar qəbul edib. Qərarın ABŞ Konqresi tərəfindən də təsdiqlənəcəyi gözlənilir. 


Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, ABŞ ilə Ukrayna arasında Kritik Minerallarla bağlı imzalanmış saziş hərbi, siyasi və iqtisadi dinamikanı izah etməyə zərurət yaradır. Ekspert vurğulayıb ki, müqavilə Ukraynanın gələcək iqtisadi dirçəlişinə sərmayə qoymaq və ondan faydalanmaq üçün ABŞ-Ukrayna birgə idarə olunan fondu - Yenidənqurma İnvestisiya Fondunu yaratmağı nəzərdə tutur: 


"Lakin investisiya və layihələrin şərtlərini müəyyən edəcək əlavə texniki sazişlər imzalanmalıdır. Bu, daha çox Ukraynanın ABŞ-nin maraqlarına nə qədər yaxın olmasından asılıdır. Çətinliklə əldə edilən bu razılaşma ABŞ-nin Ukraynaya daha çox hərbi yardımının qapısını yenidən aça bilər. ABŞ Prezidenti Donald Trampın kritik minerallar sazişinin Ukrayna üçün təhlükəsizlik zəmanəti verməsindən danışması həmin məntiqin açılışıdır. Mümkündür ki, bu, regionda ABŞ sərmayələrinin artmasına və ABŞ personalının Ukraynada mövcudluğuna kömək etmək məqsədi daşıyır. Vaşinqton Ukraynanın təbii ehtiyatlarına çıxış əldə etməyə Avropanın təhlükəsizliyindəki dominantlığını gücləndirən vasitə kimi baxır. Buna görə də, razılaşmanın Rusiyanın maraqlarına zidd olan nöqtələri var. Başqa yandan, ABŞ kritik minerallara çıxışla Ukraynanı Rusiyanın və Çinin gələcək iqtisadi asılılıqlarından azad etməyə çalışır. Ancaq üç sual yaranır ki, Rusiyanın nəzarət zonasında olan təbii ehtiyatların istismarı üçün Vaşinqton-Moskva anlaşması mümkündürmü? Belə bir sövdələşmə olarsa, Ukraynanın ərazi taleyi bunun harasında dayanacaq? Rusiya müqavilədəki təhlükəsizliklə əlaqədar ABŞ təminatlarını pozmaq üçün hansı addımları atacaq? Nəzərə almaq lazımdır ki, ABŞ investorlarının Ukraynadakı iqtisadi əməliyyatların effektivliyi Rusiyanın Ukrayna ərazisinə hücumunu dayandırmasından asılıdır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri