Icma.az
close
up
RU
ABŞ nin tətbiq etdiyi tariflər Almaniya üçün fəlakətlə nəticələnəcək

ABŞ nin tətbiq etdiyi tariflər Almaniya üçün fəlakətlə nəticələnəcək

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Dünya ABŞ Prezidenti Donald Trampın rüsumlar tətbiq etmək qərarının şokunu yaşayır. Vaşinqtonun qərarından çaşbaş qalan ölkələrin bir qismi Tramp administrasiyası ilə eyni addımlamaq istəmədiklərini nümayiş etdirir, digər hissəsi danışıqlar aparmağa qərar verib, qalanları isə gözləmə mövqeyi tutublar. Bu məsələdə ən maraqlı olan Avropa İttifaqının (Aİ), daha dəqiq desək, onun aparıcı ölkələrinin mövqeyidir. Məlum olduğu kimi, burada lokomotiv rolunu Fransa və Almaniya oynayır. İndidən bildirilir ki, Almaniya üçün ABŞ hakimiyyətinin tətbiq etdiyi tariflər iqtisadi fəlakətlə nəticələnəcək. "Bild" alman iqtisadçılarına istinadən qeyd edir ki, dörd il ərzində bu rüsumlar Almaniyaya 200 milyard avroya başa gələ bilər.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Büdcə kəsirində rekord

Almaniyanın büdcə kəsiri 1990-cı ildən bəri ən yüksək göstəricilərə çatıb və sürətlə artmağa davam edir. Nə qədər qəribə səslənsə də, Almaniyanı "Avropanın xəstə adamı" kimi xarakterizə etməyə başlayıblar. Məsələn, Avropanın sənaye gücü və dünyanın ikinci ən böyük ixracatçısı hesab olunan ölkənin bələdiyyələrinin büdcə kəsiri ötən il 24,8 milyard avroya yüksəlib.

Trampın ABŞ-yə idxal olunan mallara rüsumlar tətbiqi onsuz da zəif olan alman iqtisadiyyatını, gözlənilən 0.2% artıma baxmayaraq, resessiya ilə təhdid edə bilər. Almaniya Mərkəzi Bankının prezidenti Yoaxim Nagel Trampın tarif siyasətini "keçmişin iqtisadiyyatı" kimi tənqid edib və ABŞ-nin polad idxalına 25% rüsumuna cavab olaraq Aİ-nin tədbirlərini dəstəkləyib.

Ciddi resessiya riski yaranıb

Hesablamalara görə, Almaniyadan ABŞ-yə ixrac təxminən 15% azala bilər və Tramp tərəfindən tətbiq edilən idxal rüsumları saxlanılarsa, alman iqtisadiyyatının resessiyaya düşmə ehtimalı artacaq. Bunu Almaniyanın maliyyə naziri Yorq Kukis da etiraf edib. Trampın Almaniya üçün rüsumlar tətbiq etmək siyasəti Amerika iqtisadiyyatını qorumaq və ticarət kəsirini azaltmaq istəyi ilə bağlı olsa da, istehlakçılar üçün qiymətlərin artmasına və Aİ ilə münasibətlərdə gərginliyə səbəb olub. Trampın tarifləri ən çox hansı Avropa ölkəsinə zərbə vuracaq? Əlbəttə ki, bu, ABŞ ilə təxminən 70 milyard dollar ticarət profisiti olan Almaniyadır. Almaniya ABŞ-yə xoş gəlmək üçün özünü ucuz Rusiya enerji resurslarından məhrum etdi. ABŞ və Almaniya arasında iqtisadi münasibətlər azad ticarət və investisiya prinsiplərinə əsaslanan yüksək qarşılıqlı asılılıq və əməkdaşlıq səviyyəsi ilə xarakterizə olunurdu. Hər iki ölkə avtomobil istehsalı, texnologiya, əczaçılıq və maliyyə xidmətləri kimi sektorlarda fəal əməkdaşlıq edir. İki ölkə arasında qarşılıqlı əlaqə həmçinin davamlı inkişaf və rəqəmsallaşma sahəsində birgə səyləri əhatə edir ki, bu da qlobal arenada onların strateji tərəfdaşlığını vurğulayır. Lakin bu tərəfdaşlıq Tramp tərəfindən son onilliklərin ən ciddi çağırışı qarşısında qoyulub.

Ən çox zərəri avtomobil istehsalçıları çəkəcək

İndi almanlar ABŞ-dən zərbə alıblar. İdxal olunan avtomobillərə rüsum tətbiq etmək qərarından ən çox zərəri Almaniyanın avtomobil istehsalçıları - "Porsche" və "Mercedes-Benz Group" çəkəcək. Şirkətlər aprelin 3-dən qüvvəyə minən tariflər səbəbindən təxminən 3.4 milyard avro itki ilə üzləşə bilər. İtkiləri kompensasiya etmək üçün onlar ya avtomobillərin qiymətlərini artırmalı, ya da daha çox istehsal gücünü ABŞ-yə köçürməli olacaqlar. Qeyd edilir ki, alman avtomobil istehsalçılarının əksəriyyətinin ABŞ-də zavodları var və onlar həm yerli alıcılar, həm də ixrac üçün avtomobil istehsal edirlər. Aİ-nin cavab tədbirləri nəzərdən keçirməsi ilə ticarət müharibəsindəki hər hansı bir eskalasiya onsuz da artan xərclərdən və zəif tələbdən əziyyət çəkən sənayeyə daha çox zərər verə bilər. Qeyd edək ki, martın 26-da Tramp ABŞ-nin ölkədən kənarda istehsal olunan bütün avtomobillərə 25 faiz idxal rüsumları tətbiq edəcəyini açıqlayıb. Əvvəllər tətbiq edilən 2.5 faiz rüsum da qüvvədə qalmalıdır ki, bu da yeni tarif dərəcəsinin 27.5 faiz olması ilə nəticələnəcək.

Koalisiya hökumətinin yaradılması gecikir

Yaranmış durum Almaniyanın yeni koalisiya hökumətinin Avropanın ən böyük iqtisadiyyatını iki illik tənəzzüldən çıxarmaq səylərini çətinləşdirir. Gələcək kansler Fridrix Mertz Trampın yeni tarifləri elan etməsindən sonra şirkətlərin səhmlərinin ciddi ucuzlaşdığından Almaniyanın rəqabət qabiliyyətini təmin etmək üçün sürətli addımlar atmağa çağırıb. "Beynəlxalq fond və istiqraz bazarlarında vəziyyət dramatikdir və daha da pisləşə bilər. Buna görə də Almaniya təcili olaraq beynəlxalq rəqabət qabiliyyətini mümkün qədər tez bərpa etməlidir", - deyə Mertz bildirib. O, əlavə edib ki, bu məsələ koalisiya danışıqlarında əsas yer tutmalı, onun partiyasının vergilərin və enerji qiymətlərinin aşağı salınması, bürokratiyanın azaldılması çağırışları ilə səsləşməlidir. Almaniyanın gələcək lideri Trampa qarşı sərt mövqe sərgiləyib və vurğulayıb ki, Avropa müdafiə üçün Vaşinqtondan asılılığını azaltmalıdır.

Görünən odur ki, Avropanın fövqəldövləti ciddi sınaqlarla qarşı-qarşıyadır. Ölkə iqtisadi çətinliklərlə üz-üzə qala bilər ki, bu da təsirsiz ötüşməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Aprel 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri