Əraqçi: “İranın nüvə obyektlərinə hücum region üçün fəlakətlə nəticələnəcək”
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə edilən istənilən hücum dərhal və qəti cavabla nəticələnəcək”
“İsrail rejimi və ABŞ-ın İranın nüvə obyektlərinə hücumu dəlilik olardı. Bu, region üçün çox ciddi fəlakətlə nəticələnəcək”. AYNA xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “Sky News” telekanalına eksklüziv müsahibəsində deyib.
“Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə edilən istənilən hücum dərhal və qəti cavabla nəticələnəcək. Amma onların belə dəliliyə gedəcəklərini düşünmürəm. Bu, həqiqətən dəlilikdir. Bu isə bütün regionu böyük fəlakətə yuvarlayacaq”, - nazir qeyd edib.
Əraqçi deyib ki, o “Trampı dinləməyə hazır olsa da, keçmişdə baş verənləri nəzərə alaraq, İranın onu ABŞ-la razılaşmaya razı salması üçün daha çox vaxt lazımdır”.
"Vəziyyət əvvəlkindən fərqlidir və daha mürəkkəbdir. Qarşı tərəf etimadımızı qazanmaq üçün çox şey etməlidir. Biz yaxşı sözlərdən başqa heç nə eşitməmişik və bu, kifayət deyil”, - Əraqçi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 29 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















