ABŞ nin Ukrayna ilə bağlı danışıqlarının sayı son üç ilin maksimumuna çatıb KİV
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı apardığı danışıqların sayı son üç ildə ən yüksək həddə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, son həftələrdə Vaşinqtonun həm Rusiya prezidenti Vladimir Putinə, həm də Ukrayna lideri Vladimir Zelenskiyə təkliflərini yazılı şəkildə təqdim etmək cəhdləri fonunda danışıqların intensivliyi kəskin artıb. ABŞ rəsmiləri bildiriblər ki, bu müddətdə aparılan görüşlərin sayı əvvəlki üç ilin ümumi göstəricisindən çoxdur.
NYT qeyd edir ki, bir çox müşahidəçilər ABŞ prezidenti Donald Trampın sülh səylərinə marağını itirəcəyini gözləsələr də, əksinə, o, son həftələrdə səylərini daha da artırıb. Məlumata görə, Tramp Ukraynanın davam edən itkiləri və Rusiyanın uzanan müharibədən gördüyü iqtisadi zərərlərin hər iki tərəfi razılaşmaya yaxınlaşdıracağına inanır.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 04 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















