ABŞ nüvə sınaqlarını bərpa etsə, Rusiya nə edəcək?
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ nüvə silahları ilə bağlı praktiki sınaqları bərpa edərsə, Rusiya da nüvə sınaqlarına başlamağa hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Andrey Klimov bildirib.
Onun sözlərinə görə, Rusiyanın nüvə silahları üzrə eksperimental işləri davam etdirmək üçün bütün imkanları var. Lakin Moskva nüvə sınaqları üzərində nəzarətin itirilməsinin qlobal risklər yarada biləcəyini nəzərə alaraq bu addımı atmır.
Klimov qeyd edib ki, ABŞ nüvə sınaqlarını bərpa edəcəyi təqdirdə Rusiya da analoji addım atmağa hazırdır.
Senator bəzi ekspertlərin Rusiyanın nüvə potensialını nümayiş etdirmək üçün sınaq partlayışı keçirmək təklifini də rədd edib. O bildirib ki, Rusiyanın qətiyyətini nümayiş etdirməyin başqa yolları da mövcuddur.
Klimov vurğulayıb ki, belə qərarlar şou xarakteri daşımır və ölkənin dünyadakı rolu və mövqeyi nəzərə alınmaqla ən yüksək səviyyədə qəbul edilməlidir.
Aytəkin TOFİQQIZI
Baxış sayı:123
Bu xəbər 21 İyul 2026 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















