Rusiyadan xəbərdarlıq: Onlar nüvə sınaqlarını bərpa etsə...
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya nüvə sınaqlarını bərpa etmək niyyətində deyil, lakin ABŞ və ya digər ölkələrin bu cür hərəkətlərinə cavab olaraq müvafiq tədbirlər görəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
“Əlbəttə ki, nüvə sınaqlarının bərpası ehtimalını tamamilə inkar etmək həddindən artıq nikbin olardı. Amma əminəm ki, nüvə güclərinin məsuliyyətli yanaşması ilə belə bir ssenarini istisna etmək üçün hər fürsət mövcuddur. Ölkələrin könüllü milli moratoriumlara ciddi şəkildə riayət etməsi vacibdir. Rusiyanın da məhz bu mövqeyi var, amma Rusiya Prezidenti Vladimir Putinin də qeyd etdiyi kimi, ABŞ və ya digər dövlətlər nüvə sınaqları keçirərsə, ölkəmiz də adekvat cavab tədbirləri görməli olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Noyabr 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















