ABŞ ona xəyanət edir
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin Rusiya ilə Ukrayna arasındakı müharibədə neytral mövqe tutduğunu bildirib.
News24.az xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro "X" sosial media platformasındakı paylaşımında müharibənin gedişi ilə bağlı dəyərləndirmələr edib.
"Mən Latın Amerikası hökumətlərinin əksəriyyəti ilə birlikdə Rusiya-Ukrayna müharibəsində bitərəf qalmaq qərarına gəldim. Bu müharibə qeyri-slavyan qüvvələrin silahlandırdığı qardaşlar arasındakı münaqişədir. (Ukrayna Prezidenti Vladimir) Zelenski və Avropa onları müharibəyə sürükləyən ABŞ tərəfindən xəyanət edilir", Petro yazıb.
Müharibədə yüz minlərlə rus və ukraynalı gəncin həyatını itirdiyini vurğulayan Petro qeyd edib ki, "Ukraynaya zərər verməyə davam edən müharibəni bitirmək vacibdir".
"Mən heç vaxt Rusiyanı və onun tarixini aşağılamağın tərəfdarı olmamışam, amma diqqətli olmalıyıq, çünki qlobal səhnədə yeni bir neft ittifaqı formalaşır. Əgər mədən yanacaqlarına əsaslanan siyasi qüvvələr dünya həyatına böyük zərbə vuracaq", - deyə o bildirib.
Müharibənin bir an əvvəl bitməsinin lazım olduğunu bildirən Petro sözlərini belə yekunlaşdırıb:
"Əsas siyasi ziddiyyət ABŞ və Rusiya və ya ABŞ və Çin arasında deyil, tamah gücü ilə həyatın gücü arasındadır. Xəsislik böyük fosil kapitalda və hər yerdə var; həyat dünyanın bütün xalqlarında, qadınlarda və təbiətdə var".
Ağa Dadaşzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 20 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















