ABŞ onları gizli şəkildə İrana göndərib İddia
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ İranda baş verən etirazlar fonunda gizli şəkildə “Starlink” peyk rabitə sistemi terminalları ilə təminat həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, İran hakimiyyətinin yanvar ayında artan iğtişaşlar zamanı interneti qəfil dayandırmasından sonra ABŞ ölkəyə təxminən 6 min ədəd peyk internet dəstini qaçaqmalçılıq yolu ilə çatdırıb. Bu, ABŞ-ın birbaşa olaraq İrana Starlink terminalları göndərməsi ilə bağlı ilk belə hal kimi qiymətləndirilir.
Məqalədə qeyd olunur ki, bundan əvvəl ABŞ Dövlət Departamenti İran hökumətinin əleyhdarlarına dəstək məqsədilə təxminən 7 min Starlink terminalı alıb. Rəsmilərin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu daşınmalar barədə məlumatlandırılıb, lakin planı şəxsən təsdiqləyib-təsdiqləmədiyi barədə dəqiq məlumat yoxdur.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 12 Fevral 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















