Icma.az
close
up
RU
ABŞ ordusu üçün mobil və güclü kosmik silah hazırlanıb

ABŞ ordusu üçün mobil və güclü kosmik silah hazırlanıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Kosmik Qüvvələri digər qoşun növləri ilə rəqabət apara biləcək real döyüş imkanlarına malik olduğunu nümayiş etdirərək öz arsenalına "Meadowlands" sistemini daxil edib. Bu müasir yerüstü hərbi kompleks güclü elektromaqnit şüalanması vasitəsilə orbitdəki təhdidləri kor etmək, yatırmaq və zərərsizləşdirmək üçün layihələndirilib.

ABŞ Kosmik Qüvvələrinin Döyüş Komandanlığı "L3Harris Technologies" şirkəti tərəfindən hazırlanmış "Meadowlands Counter Communications System (CCS)" peyk rabitəsinə qarşı radioelektron mübarizə (REM) kompleksini rəsmən silahlanmaya qəbul edib. Sistemin istismarı ilə birbaşa kosmik radioelektron döyüş sahəsində ixtisaslaşmış "Space Delta 3" (DEL 3) bölməsi məşğul olacaq. Perspektivdə bu tipli komplekslərin ümumi sayının 32 vahidə çatdırılması planlaşdırılır.

"Meadowlands" təkərli qoşqu üzərində yerləşən və hava nəqliyyatı ilə asanlıqla daşına bilən mobil hərbi sistemdir. O, "Lockheed C-130 Hercules" və ya istənilən digər irihəcmli hərbi-nəqliyyat təyyarəsində daşına bilir. Sistem ikili polyarizasiyalı çoxdiapazonlu peyk antenləri, ən müasir azküylü gücləndiricilər və foton anten modulu ilə təchiz edilib. 2020-ci ildə silahlanmaya qınan "CCS Block 10.2" əvvəlki modeli ilə müqayisədə "Meadowlands" vizual və struktur baxımından xeyli yığcam və texnoloji cəhətdən üstündür. Belə ki, əgər köhnə sistemin daşınması üçün 23 nəqliyyat konteyneri tələb olunurdusa, yeni sistem cəmi 7 konteynerə yerləşir.

Antipeyk silahı kimi "Meadowlands" düşmən peyklərinə və digər kosmik aparatlara yönəldilmiş elektromaqnit dalğaları ilə təsir göstərir. Kinetik silahlardan fərqli olaraq, o, hədəfləri fiziki olaraq parçalamır, yalnız "geri dönüşü olan effektiv zədələnmə" yaradır: kosmik zibil formalaşdırmadan peyk sistemlərinin işini pozur, proqram təminatını və elektron avadanlıqları sıradan çıxarır.

Kompleks birbaşa düşmən peykinin qəbuledici anteninə tərəf güclü siqnallar ötürərək yuxarı rabitə xətlərini (up-link) tamamilə yatırmaq qabiliyyətinə malikdir. Nəticədə kosmik aparat idarəetmə əmrlərini qəbul etmək, xidməti telemetriyanı emal etmək və informasiya axınını ötürmək imkanını itirir. Bundan əlavə, sistem maneələri birbaşa düşmənin yerüstü idarəetmə stansiyalarına və ya mobil istifadəçilərinə yönəldərək aşağı rabitə xətlərini (down-link) də bloklayır. Bu isə qarşı tərəfi qorunan rabitə kanallarından və peyk kəşfiyyatı məlumatlarından məhrum edir.

Sistemin digər unikal imkanı radiotexniki aldatma (manipulyasiya) funksiyasıdır. Kompleks hərbi və kommersiayayönümlü peyk şəbəkələrinin mürəkkəb siqnallarını imitasiya edərək qarşı tərəfin aparatlarını çaşdırır, ötürülən məlumat paketlərini dəyişdirir və ya sıradan çıxarır. Bu proses avtomatlaşdırılmış sistemlərdə qəzalara və rabitənin tamamilə kəsilməsinə yol açır. Texnologiya həmçinin xüsusi təyin olunmuş zonalar üzərində "radiosükut" sahəsi yaradaraq düşmənin erkən xəbərdarlıq və kəşfiyyat peyklərini real vaxt rejimində kor edir. 

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri