Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Habldan 100 dəfə güclü kosmik teleskop hazırlanıb

Habldan 100 dəfə güclü kosmik teleskop hazırlanıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 avqust, AZƏRTAC

Alimlər ekzoplanetlərin aşkar edilməsi, qaranlıq enerjinin öyrənilməsi və kainatın genişmiqyaslı xəritəsinin hazırlanması məqsədilə yeni kosmik teleskop hazırlayıblar.

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) tərəfindən layihələndirilərək ərsəyə gətirilən Roman Kosmik teleskopu müşahidə imkanlarına görə Habl Kosmik Teleskopundan təxminən 100 dəfə güclüdür və eyni zamanda Ceyms Vebb ilə Evklid kosmik teleskoplarının xüsusiyyətlərini özündə birləşdirir. Roman Kosmik Teleskopu kainatın indiyədək sirli qalan bir çox məqamının aydınlaşdırılmasına, kainatın necə təkamül etməsi və sonrakı taleyini müəyyənləşdirməyə mühüm töhfə verəcək.

Teleskop kainatın genişlənmə sürətinin zamanla necə dəyişdiyini təyin edə biləcək. Müşahidə edilə bilən kainatın 68 faizi qaranlıq enerjidən ibarətdir. Teleskopun qısa müddətdə geniş sahəni müşahidə etmək imkanı qalaktikaların xəritələnməsi üçün material verəcək. Qalaktikaların 3D xəritələnməsi isə zamanla onların kosmosdakı vəziyyətinin necə dəyişdiyini izləməyə imkan verir. Bu isə öz növbəsində qaranlıq enerjinin kainatı necə idarə etməsini izah edən açardır. Həmçinin zəif qravitasiya linzalaması üsulundan istifadə etməklə, milyonlarla qalaktikadakı kiçik dəyişiklikləri təyin etmək mümkün olacaq. Nəticədə, qalaktikaların paylanması ilə yanaşı, qaranlıq enerjinin də paylanmasını xəritələşdirmək mümkün olacaq.

Qeyd edək ki, teleskopun müşahidə materialları açıq arxivə yerləşdiriləcək. Əlavə olaraq bütün dünyadan alimlər müraciət edərək müşahidələrə qoşula biləcəklər.

Roman teleskopu 2010-ci ildə “Wide Field Infrared Survey Telescope” adlı layihə olaraq təklif olunub. 2016-cı ildə isə icrası təsdiqlənən layihə sonradan Nensi Qreys Romanın şərəfinə adlandırılıb. O, “NASA”da rəhbər vəzifəsinə kimi yüksələn ilk qadın alim olub. Habl Kosmik teleskopunun yaradılmasının əsas təşəbbüskarlarından biri sayılır və ona “Hablın anası” ləqəbi verilmişdi.

Teleskopun 30 avqustda Bakı vaxtı ilə 15:26-da Kennedi Kosmik Mərkəzindən kosmosa qaldırılacağı elan olunub. Roman Kosmik Teleskopu Ceyms Vebb kimi Yerdən 150 milyon km məsafədə, L2 nöqtəsinə yerləşdiriləcək. Uçuşu “Space X” şirkəti “Falcon Heavy” daşıyıcısı vasitəsilə həyata keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri