ABŞ Ordusunun Mərkəzi Komandanlığının rəhbəri Livana səfər edib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla çərşənbə günü atəşkəs razılaşmasının həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Livana səfər edib.
"Report"un məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində xəbər yayıb.
“General Maykl Kurilla dekabrın 11-də Beyruta səfər edib və Livan ordusunun komandanı Cozef Aun, həmçinin İsrail və Livan arasında atəşkəs sazişinə əməl olunmasına nəzarət mexanizminin həmsədri general-mayor Casper Ceffers ilə görüşüb”, - paylaşımda qeyd edilir.
Görüş zamanı Suriyadakı təhlükəsizlik vəziyyəti, bunun regionda sabitliyə təsiri və Livan Ordusu ilə ABŞ Mərkəzi Komandanlığı arasında hərbi tərəfdaşlığın qurulması tədbirləri müzakirə edilib.
Qeyd edilir ki, Kurilla Livanın cənubunda İsrail Ordusunun çıxarılması və onların Əl-Xiyamda Livan Ordusu ilə əvəzlənməsi prosesini ilk vacib addım hesab edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Dekabr 2024 06:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















