Icma.az
close
up
RU
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Suriyada Amerika hərbçilərini ziyarət edib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Suriyada Amerika hərbçilərini ziyarət edib

Report.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının başçısı general Maykl Kurilla dekabrın 10-da Suriyada Amerika hərbçilərini ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə komandanlığın sosial şəbəkə hesabında bildirilib.

“Dekabrın 10-da general Kurilla Suriyada bir neçə bazada Amerika hərbi komandanları və hərbçiləri, həmçinin İŞİD-ə qarşı mübarizədə tərəfdaşımız olan “Suriya Demokratik Qüvvələri”ni ziyarət edib. O, qüvvələrin müdafiəsi tədbirləri, sürətlə dəyişən vəziyyət və İŞİD-in mövcud vəziyyətdən sui-istifadə etməsinin qabaqlanmasına yönəlmiş səylər haqqında birbaşa məruzə alıb”, – komandanlığın paylaşımında qeyd olunub.

Bundan başqa, məlumata görə, general Kurilla Suriyaya səfərindən sonra Bağdada səfər edib, burada İraq Baş naziri Məhəmməd əs-Sudani və hərbi rəhbərliyi ilə regional təhlükəsizlik, İŞİD-ə qarşı əməliyyatlar və koalisiya ilə əməkdaşlıq məsələlərini müzakirə edib. O həmçinin bölgədə İŞİD təhdidinin aradan qaldırılması üzrə cari missiyanı təhlil etmək üçün “Sarsılmaz qətiyyət” əməliyyatının komandanı ilə görüşüb.

Qeyd edək ki, ABŞ və müttəfiqləri 2014-cü ildə xüsusilə İŞİD-dən qaynaqlanan terror təhlükəsi ilə mübarizə aparmaq üçün Suriyada hərbi əməliyyata başlayıblar. Beynəlxalq koalisiya çərçivəsində fəaliyyət göstərən Qərb ölkələri əhəmiyyətli uğurlara imza atıb, o cümlədən əvvəllər terrorçuların nəzarətində olan ərazilərin azad edilməsində rol oynayıblar.

Əməliyyat ovaxtkı Bəşər Əsəd hökumətinin razılığı olmadan aparılsa da, koalisiya iddia edir ki, onların fəaliyyəti ekstremizmin daha da yayılmasının qarşısını alıb və regionda zorakılıq səviyyəsinin azalmasına kömək edib. Qərb qüvvələrinin mövcudluğu Suriyanın suverenliyinin pozulmasına görə tənqid olunur, lakin ABŞ və müttəfiqləri terror qruplaşmalarının qalıqları ilə mübarizənin və onların dirçəlməsinin qarşısının alınmasının vacibliyini vurğulayırlar.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Dekabr 2024 03:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri