ABŞ Orta Dəhlizdə konkret sərmayələrlə Gürcüstanı və bütün regionu dəstəkləməkdə davam edir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisi, 21 noyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) Orta Dəhlizdə konkret sərmayələrlə Gürcüstanı və bütün regionu dəstəkləməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Alan Pursel Qara Dəniz Platforması çərçivəsində keçirilən konfransda Orta Dəhlizin əhəmiyyətindən danışarkən söyləyib.
ABŞ-ın Gürcüstandakı səfirliyinin məlumatına görə, Birləşmiş Ştatlar bu istiqamətdə Gürcüstana və bütün regiona konkret sərmayələr, o cümlədən Poti dəniz limanının inkişafına mühüm töhfələr vermək və Gürcüstanın tranzit potensialını Amerika biznes dairələrinə təqdim etməklə dəstəyini davam etdirir.
Alan Pursel ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında hazırlanmış TRIPP təşəbbüsünün Qara dəniz regionunu daha da gücləndirəcəyini vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 21 Noyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















