Icma.az
close
up
RU
Avropa ölkələri Orta Dəhlizdə birləşir

Avropa ölkələri Orta Dəhlizdə birləşir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Bolqarıstan öz limanlarını TransXəzər marşrutuna inteqrasiya edəcək

Hazırda qlobal hablardan birinə çevrilən TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) maraq durmadan artır və bu nəqliyyat arteriyasına qoşulmaq istəyən ölkələrin sırası genişlənir. Xüsusilə də regionda yaranmış yeni geosiyasi düzən və fraqmentasiyalar fonunda meydana çıxan nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi bir çox ölkənin adıçəkilən marşrutda yer almasını şərtləndirməkdədir. Hətta Avropa ölkələri də Orta Dəhliz ailəsinə qoşulmaq üçün öz nəqliyyat infrastrukturlarını inteqrasiya etmək yönündə addımlar atmağa başlayıb.

Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanlarının TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində razılaşma əldə edilib.Tərəflər Burqas və Varna dəniz limanlarının Qazaxıstanın strateji nəqliyyat-ticarət marşrutlarına inteqrasiyası üçün birləşdirici dəhliz layihəsi üzərində işləməyə razı olduqlarını bəyan ediblər.

Xəzər dənizi üzərində yeni investisiya layihəsi

Bolqarıstanın öz nəqliyyat-logistika Qazaxıstanın nəqliyyat şəbəkələri ilə birləşdirməsi faktiki olaraq Azərbaycanın strateji mövqe tutduğu Orta Dəhliz ailəsinin sırasının genişlənməsi deməkdir. Eyni zamanda, bu təşəbbüskarlıq regionın digər tərəfdaş ölkəsi olan Gürcüstanın da bu dəhlizdə rolunun artırılmasına xidmət edir. Yeri gəlmişkən, bir neçə gün əvvəl Qazaxıstanın Manqistau vilayətinin nümayəndəsi Nurdaulet Kilıbay və “Georgian Industrial Group”un Direktorlar Şurasının sədri David Bejuaşvili arasında keçirilən görüşdə Xəzər dənizi üzərindən bərə daşımalarının inkişafına yönəlmiş investisiya layihəsi müzakirə olunub. Gürcüstandan olan investorlar bəyan ediblər ki, Xəzər dənizi ilə müntəzəm yükdaşımalarının təmin olunması üçün xüsusi gəmilər inşa edilib. 2025-ci ilin sentyabr ayından etibarən bu gəmilər ilk dəfə olaraq Qazaxıstan bayrağı altında Kurık-Ələt-Kurık marşrutu üzrə müntəzəm reyslər həyata keçirəcək. Onlar Qazaxıstanın “MSC Middle Corridor Maritime” şirkətinin idarəçiliyinə veriləcək. Marşrut üzrə ayda 8-9 reysin təşkili planlaşdırılır. Hər bir gəmi eyni vaxtda 54-dək yük avtomobilini daşımaq imkanına malikdir. Bundan əlavə, şirkətin donanması 2027-ci ilə qədər hər il iki bərə olmaqla daha dörd gəmi ilə genişləndiriləcək. Eyni zamanda, digər bərə operatorları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparılır. Nəticədə, Orta Dəhliz-Xəzər-Qara dəniz zənciri üzrə daşımaların dövriyyəsi artacaq, xarici ticarətin genişlənməsində yeni imkanlar yaranacaq, nəqliyyat axınlarının daha səmərəli idarə olunması təmin ediləcək.

Sloveniya da nəqliyyat şəbəkəsini Orta Dəhlizə birləşdirir

Qeyd edək ki, Qərb ilə Şərqi birləşdirən Orta Dəhliz digər Avropa dövlətlərinin də diqqətini son zamanlar artırıb. Cari ilin aprelində Sloveniya hökuməti də bu dəhlizdən istifadə edərək Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətini bəyan edib. Qazaxıstan və Sloveniyanın dövlət başçıları - Kasım-Jomart Tokayev və Nataşa Pirç Musarın görüşü zamanı nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zamanı rəsmi Lyublyana Orta Dəhlizə qoşulmaq niyyətini ifadə edib. Sloveniya hökuməti Adriatik dənizindəki Koper dəniz limanının digər nəqliyyat xətlərinə inteqrasiya olunması sayəsində Orta Dəhlizə çıxış eldə etmək istəyir. Nataşa Pirç bildirib ki, Qazaxıstanla əldə edilmiş ortaq razılığa əsasən, yaxın vaxtlarda səlahiyyətli orqanlar nəqliyyat sxemlərinin əlaqələndirilməsi üçün konkret tədbirlər görəcək.

Hazırda qlobal hablardan biri olan TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fasiləsiz axıcılığı da məhz Azərbaycanın və yaxın tərəfdaşlarının iradəsi ilə genişlənir. Bu dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır.

Orta Dəhliz nəhəng arteriyaya çevrilir

Çin və Azərbaycanın artan təşəbbüskarlığı sayəsində Mərkəzi Asiya və Avropa ölkələrinin Orta Dəhlizə inteqrasiya olunması təşəbbüsləri yeni mərhələyə daxil olub. Bu, Orta Dəhliz vasitəsilə daşımaların həcminin artması ilə bu tranzit xəttinin coğrafiyasını daha da böyüməsini təmin etməkdədir. Dəhlizin coğrafiyasının genişlənməsi türk dövlətlərinin vahid nəqliyyat ailəsində birləşməsini də şərtləndirir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi Trans-Xəzərin əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsinə dair niyyətlər ifadə olunub.

Zəngəzur dəhlizi üçün yeni imkanlar

Cari ilin mart ayında Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) işçi qrupunun iclasında Orta Dəhlizdə daşınmaların həcminin artırılması üçün mövcud infrastrukturların modernləşdirilməsi və yeni logistika qovşaqlarının tikintisi, dəhliz üzərində yerləşən ölkələrin nəqliyyat-logistika şəbəkələrinin daha sıx əlaqələndirilməsi, rəqəmsal idaretmənin qurulması və digər məsələlər müzakirə olunub. 10 ölkənin dəmir yolu administrasiyası və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi tədbirdə yeni strateji hədəflər müəyyənləşdirilib. Orta Dəhlizdə yer almaq niyyətlərini bildirən Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri mövcud nəqliyyat şəbəkələrinin əlaqələndirilməsi üçün tədbirlər ssenarisi hazırlanacağını vurğulayıblar.

Göründüyü kimi Azərbaycanın əsas oyunçu və mərkəzi coğrafiya olduğu TransXəzər dəhlizinin fiziki sxemi artıq formalaşmaq üzrədir. Bu dəhlzin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. İkitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Orta Dəhlizdə Azərbaycan müasir geoiqtisadi və geosiaysi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyun 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri