ABŞ müharibəyə hazırlaşır? Pentaqonun planının detalları
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Pentaqon genişmiqyaslı müharibə zamanı xarici dəstək olmadan fəaliyyətini davam etdirə bilmələri üçün ABŞ hərbi bazalarını hazırlayır.
Moderator.az "Fox News"a istinadən xəbər verir ki, hazırlıq ABŞ ərazisində elektrik şəbəkələrini sıradan çıxara, təchizat zəncirlərini poza və kritik infrastrukturu təhlükə altına sala biləcək risklərə qarşı nəzərdə tutulan FORTRESS hərbi planı çərçivəsində aparılır.
Telekanalın əldə etdiyi sənədlərə əsasən, plan ABŞ qoşunlarının asılı olduqları mülki sistemlərin fəaliyyəti pozulduğu halda belə döyüş əməliyyatlarını davam etdirməsini təmin etməyə yönəlib. Belə ki, ABŞ-nin kontinental ərazisində yerləşən hər bir iri hərbi baza su, yanacaq, rabitə və elektrik enerjisi təminatı da daxil olmaqla, ən azı 90 gün ərzində müstəqil fəaliyyət göstərməyə hazır olmalıdır.
"Milli müdafiəni təmin etmək üçün mülki və bələdiyyə infrastrukturuna arxalanmaq istəmirik. Biz bunu sadəcə edə bilmərik. Bu, yolverilməz riskdir", - deyə Pentaqonun nümayəndəsi Şon Parnell telekanala bildirib.
Bundan əlavə, Pentaqon mümkün münaqişə zamanı mülki zavodların müdafiə sifarişlərinin icrasına cəlb edilməsinə hazırlaşır. Silah, yanacaq və digər zəruri materialların fasiləsiz tədarükünü təmin etmək üçün alternativ təchizat zəncirləri yaradılır, strateji ehtiyatlar hazırlanır.
FORTRESS konsepsiyası daşınan nüvə reaktorlarının, böyük həcmli batareya əsaslı enerji saxlama sistemlərinin və hərbi obyektləri ümumi elektrik şəbəkəsindən ayırmağa imkan verən mikroşəbəkələrin tətbiqini nəzərdə tutur. Bu texnologiyalar elektrik enerjisinin uzunmüddətli kəsintiləri zamanı hərbi bazaların fəaliyyətini davam etdirməsinə imkan verməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 26 Oktyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















