ABŞ Prezidenti: Hörmüz boğazını minalardan təmizlədik
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 11 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini iddia edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Donald Tramp deyib ki, Hörmüz boğazı İran limanlarına gedənlər istisna olmaqla, bütün gəmilər üçün açıqdır.
"Biz bütün boğazı minalardan təmizlədik. Eşitməmisiniz, amma boğaza 100 faiz nəzarət edirik", - deyə ABŞ Prezidenti diqqətə çatdırıb.
Xatırladaq ki, avqustun 5-də İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ölkəsi ilə Omanın Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatları barədə razılığa gəldiyini açıqlayıb. Lakin o, razılaşmanın boğazın dərhal açılması demək olmadığını və buna ABŞ-nin addımlarının təsir göstərəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 11 Avqust 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















