Britaniya Hörmüz boğazını minalardan təmizləmək istəyir
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin "RFA Lyme Bay" böyük desant gəmisi Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq çərçivəsində minaaxtaran pilotsuz aparatların üzən buraxılış bazasına çevrilib.
Modern.az xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.
"Bu qabaqlayıcı addım ticarət gəmiçiliyinin normal axınının bərpasında kömək tələb olunacağı təqdirdə, nazirlərə fəaliyyət variantları verir", - mənbələr qeyd edib.
"Lyme Bay"ın Hörmüz boğazına göndərilməsi barədə yekun qərarın hələ qəbul edilmədiyi bildirilib.
"Lyme Bay" gəmisi vaxtaşırı humanitar yardımın göstərilməsində və ya üzən hospital, eləcə də aviasiya üçün platforma kimi istifadə olunan Böyük Britaniya köməkçi donanmasının bir hissəsidir. 2025-ci ilin sonundan etibarən o, Cəbəllütariqdəki hərbi dəniz bazasında yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Mart 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















