Icma.az
close
up
RU
ABŞ Prezidenti: Kanadanın 51 ci ştatımız olması məntiqlidir

ABŞ Prezidenti: Kanadanın 51 ci ştatımız olması məntiqlidir

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp Kanadaya əlavə gömrük rüsumları tətbiq etməklə bağlı "hədəsini" təkrarlayaraq: "Kanadaya ildə 200 milyard dollardan çox subsidiya veririk", - deyib.

Tramp "Truth Social" hesabında Kanadanın Ontario əyalətinin ABŞ-a satılan elektrik enerjisinə 25 faiz gömrük rüsumu tətbiq edəcəyi barədə açıqlamasına cavab verib.

Kanadanın sözügedən qərarına sərt reaksiya verən Tramp, Kanadadan ABŞ-a gələn bütün polad və alüminium məhsullarına 25 faiz gömrük rüsumunu əlavə edərək ümumi nisbəti yüzdə 50-yə qaldıracaqlarını açıqlayıb.

Tramp həmçinin qeyd edib ki, Kanada ABŞ-ın müxtəlif süd məhsullarına tətbiq etdiyi 250 faizdən 390 faizədək fermer gömrük rüsumunu dərhal qaldırmalıdır.

Ontarionun ABŞ-a satılan elektrikə tətbiq edəcəyi gömrük rüsumunun yaratdığı çətinliyə işarə edən Tramp:

"Mən qısa zamanda sözügedən bölgədə elektrik enerjisi ilə bağlı milli fövqəladə vəziyyət elan edəcəyəm. Bu, ABŞ-a Kanadadan gələn bu zərərli təhlükəni azaltmaq üçün lazım olanı tez bir zamanda etməyə imkan verəcək", - deyib.

Tramp: "Biz Kanadaya ildə 200 milyard dollardan çox subsidiya veririk. Niyə? Bu belə davam edə bilməz."

Məntiqli olan yeganə şey Kanadanın bizim 51-ci ştatımız olmasıdır”,- deyib.

Kanadanın ABŞ-a birləşəcəyi təqdirdə bütün gömrük rüsumlarından azad olacağını, hərbi baxımdan daha təhlükəsiz olacağını və sərhəd probleminin artıq mövcud olmayacağını bildirən Tramp: "Dünyanın ən böyük və ən güclü dövləti həmişəkindən daha böyük və güclü olacaq; Kanada bunun böyük bir hissəsi olacaq",- deyə bildirib.

Kanadanın ABŞ-a tətbiq etdiyi digər gömrük rüsumlarını da qaldırmalı olduğunu müdafiə edən Tramp: "Əks halda, aprelin 2-də ABŞ-a gələn avtomobillərin gömrük rüsumlarını əhəmiyyətli dərəcədə artıracağam və Kanadada avtomobil istehsalını həmişəlik dayandıracağam", - deyə qeyd edib.

ABŞ-ın Kanada və Meksikadan idxal etdiyi məhsullara 25 faizlik əlavə gömrük rüsumu martın 4-dən başlayıb. Tramp daha sonra “ABŞ-Meksika-Kanada Razılaşması (USMCA)” çərçivəsində olan məhsullar üçün aprelin 2-dək sözügedən ölkələrə gömrük tarifləri tətbiq etməyəcəyini açıqlayıb.

ABŞ prezidenti Tramp ölkənin polad və alüminium idxalına əlavə rüsumların martın 12-dən qüvvəyə minəcəyini açıqlayıb.

Kanadanın ən sıx məskunlaşdığı Ontario əyalətinin baş naziri Doug Ford dünən bəyan edib ki, Vaşinqton administrasiyası gömrük rüsumları müqabilində ABŞ ştatlarına tədarük etdiyi elektrik enerjisinə 25 faiz əlavə vergi tətbiq edəcək.

Ford, lazım gələrsə, bu nisbəti artırmaqdan da çəkinməyəcəyini vurğulayaraq: "ABŞ bunu artırarsa, elektrik enerjisini tamamilə kəsməkdən çəkinməyəcəyik. Mən Amerika xalqı üçün çox kədərlənirəm, çünki bu ticarət müharibəsini başlayanlar onlar deyil. Yalnız bir məsul şəxs var, o da prezident Trampdır",- deyə bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Mart 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri