Icma.az
close
up
RU
ABŞ Prezidentindən Şuşaya reaksiya: İlham Əliyevin liderliyinə qlobal təsdiq

ABŞ Prezidentindən Şuşaya reaksiya: İlham Əliyevin liderliyinə qlobal təsdiq

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri özünün rəsmi “Truth Social” hesabında paylaşması təsadüfi bir jest deyil - bu, ali siyasi etiraf və strateji hörmətin açıq göstəricisidir.

Trampın prezidentliyə qayıtdıqdan sonra ilk dəfə belə bir açıq paylaşım etməsi, İlham Əliyevin liderliyinin artıq təkcə regional deyil, həm də qlobal müstəvidə qəbul edildiyini sübut edir. Prezident Əliyevin Forumda səsləndirdiyi “O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir… Ailə dəyərlərini bizim kimi qoruyur…” kimi fikirlər, Trampın öz siyasi identiteti ilə rezonans doğurduğu üçün məhz onun tərəfindən paylaşılmışdır. Bu, həm də Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqların ABŞ tərəfindən tanındığının bariz göstəricisidir.

Məsələ təkcə bir paylaşımın ictimai rezonansında deyil. Trampın bu addımı onun administrasiyasının Azərbaycanla münasibətlərə yeni yanaşma gətirməyə hazır olduğuna işarədir. İlham Əliyevin dövlətçilik fəlsəfəsi, praqmatik diplomatiyası və regionda sülhə yönəlik təşəbbüsləri artıq ABŞ kimi nəhəng bir güc tərəfindən dəstəklənməkdədir.

Bu jest, eyni zamanda, keçmiş administrasiyaların Azərbaycana qarşı sərgilədiyi bəzi qərəzli yanaşmaların tədricən aradan qalxacağına ümidləri artırır. Tramp, Əliyevin şəxsiyyətinə və liderlik üslubuna olan simpatiyasını rəsmi şəkildə ifadə etməklə, Vaşinqtonun Bakı ilə münasibətlərdə yeni səhifə açmaq istədiyini nümayiş etdirir.

Prezident İlham Əliyev isə bir daha sübut etdi ki, onun sözləri beynəlxalq səviyyədə təsir doğuran, nəticə yaradan çağırışlardır. Şuşada səsləndirilən fikirlərin Ağ Evdə əks-səda doğurması, Azərbaycanın öz milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq nüfuzunu necə uğurla qurduğunun təzahürüdür.

Bu hadisə göstərir ki, İlham Əliyevin liderliyi yalnız ölkə daxilində deyil, qlobal siyasi liderlər arasında da qəbul edilən və hörmət edilən bir mövqeyə çevrilmişdir. Azərbaycanın siyasi xəritədəki çəkisi artıq fərqli müstəvilərdə özünü göstərir - və bu, Prezident Əliyevin iradəli və uzaqgörən strategiyasının nəticəsidir.

Züriyə Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri