Icma.az
close
up
RU
İlham Əliyevin qərarına Ermənistandan REAKSİYA

İlham Əliyevin qərarına Ermənistandan REAKSİYA

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Tokayev ilə mətbuata bəyanatında məlumat verib.

"Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - dövlət başçısı bildirib.

Modern.az-ın məlumatına görə, Ermənistan rəsmiləri Prezident İlham Əliyevin açıqlamasına münasibət bildiriblər.

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkədə paylaşımında qeyd edib ki, bu qərar regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistan ilə Azərbaycan arasında sülhün institusionallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan da məsələ ilə bağlı açıqlama verərək Prezident İlham Əliyevin bəyanatını “əhəmiyyətli addım” kimi qiymətləndirib. “Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmlənməsi və sülh gündəliyinin irəliləməsi baxımından önəmlidir. Azərbaycan və Qazaxıstandakı həmkarlarımın bu istiqamətdəki səylərini yüksək qiymətləndirirəm”, - deyə Qriqoryan bildirib.

Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan isə “Facebook” hesabında bildirib ki, yaxın günlərdə Qazaxıstandan Ermənistana ilk buğda partiyası Aktau – Bakı marşrutu üzrə gələcək. Yük Azərbaycandan və Gürcüstandan keçərək Ermənistana çatdırılacaq. Nazir paylaşımında “Sülh bərqərar oldu” ifadəsini yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri