Icma.az
close
up
RU
ABŞ psevdo vətəndaş müharibəsinə doğru gedir

ABŞ psevdo vətəndaş müharibəsinə doğru gedir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


2008-ci il maliyyə böhranını proqnozlaşdıran məşhur milyarder Rey Dalio Amerikanın psevdo-vətəndaş müharibəsinə doğru getdiyinin əlamətlərini görür.
Reyting.az
xəbər verir ki, Rey Dalio milləti parçalamaqla təhdid edən dərin siyasi, iqtisadi və sosial çatlar ola biləcəyini istisna etmir.
Dünyanın ən böyük hedcinq fondu olan “Bridgevater Associates”in təsisçisi ABŞ və dünyanın çox hissəsinin artıq çoxsaylı kəsişən münaqişələrə qarışdığını, heç də hamısının silahla mübarizə aparmadığını bildirib.
“Biz müharibədəyik. Maliyyə, pul müharibəsi var. Texnoloji müharibə, geosiyasi müharibələr, həmçinin hərbi müharibələr mövcuddur. İndi isə ABŞ-da və barışmaz fikir ayrılıqlarının olduğu digər ölkələrdə müəyyən vətəndaş müharibələri gedir”, - Dalio qeyd edib.
Milyarderin “Newsweek” jurnalında dərc olunan şərhləri qlobal hökmranlığı zəiflədikcə daxildən parçalanmaqda olan ABŞ-nın qaranlıq mənzərəsini yaradır.
Dalionun fikrincə, tarixən böyük ictimai dəyişikliklərə səbəb olan qüvvələr indi eyni vaxtda təzyiq altındadır: pul, daxili nizam və nizamsızlıq, geosiyasət, təbii qüvvələr və texnoloji dəyişikliklər.
Dalio uzun müddətdir ki, sürətlə artan milli borc və dərinləşən bərabərsizliyin ABŞ-da böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, hazırda federal borc 38 trilyon dollara yaxındır. Bundan əlavə, ölkənin 120 faizə yaxın olan borc-gəlir nisbəti tezliklə hökumətin əsas xidmətləri kəsmədən öz öhdəliklərini yerinə yetirməsini qeyri-mümkün edə bilər.

Rey Dalio
Nəşr yazır ki, milyarder ABŞ-nın özünü gücləndirən iqtisadi çöküşlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Yəni qeyri-davamlı borc onun “ölüm spiralı” adlandırdığı şeyi - yüksək faiz xərclərinin daha çox borclanmaya və qeyri-sabitliyə səbəb olduğu geribildirim döngəsinə səbəb ola bilər.
“Analoji dövrü götürsək, deyərdim ki, 1937-1938-ci illərə oxşar vəziyyətdəyik. Borc problemi var, sərvət və ölkənin necə idarə olunması ilə bağlı daxili münaqişələr mövcuddur”,- Dalio bildirib.
Onun fikrincə, sərvət və idarəçilik, siyasi qütbləşmə ABŞ-nın daxili sabitliyinə xələl gətirir.
Milyarder açıq silahlı qarşıdurmanı proqnozlaşdırmasa da, o, ABŞ-nın artıq “bir növ vətəndaş müharibəsindən” əziyyət çəkdiyini və
bunun silahdan çox siyasət, media və pul vasitəsilə aparılan müharibə olduğunu qeyd edib.
Bundan əlavə, milyarder hesab edir ki, ABŞ-ı dəyişdirən eyni tarixi qüvvələr Çinin yüksəlişindən tutmuş Qərbin hökmranlığının tənəzzülünə qədər dünya nizamını da yenidən formalaşdırır.
“Dünyanı formalaşdıran qüvvələr indi pozulur və Amerika buna əsas nümunədir”,- o deyib.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri