Icma.az
close
up
RU
Fransa vətəndaş müharibəsinə sürüklənir TƏHLİL

Fransa vətəndaş müharibəsinə sürüklənir TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Fransa tarxinin ən təlatümlü dövrünü yaşayır. Hər an ölkə daxilində vətəndaş itaətsizliyi, kütləvi etirazlar, qarşıdurmalar yaşana bilər. Bunun da səbəbi ölkə prezidenti E.Makronun səhv, yanlış siyasət yürütməsidir. Artıq hökumətdə payız gəlməmiş saralan yarpaqlar kimi istefa dalğası ardıcıl xarakter alıb. Son 9 ay ərzində 5-ci dəfədir ki, baş nazir dəyişikliyi yaranır. Sebastyan Lekornundan əvvəl baş nazir olmuş Mişel Barnierin cəmi 3 ay baş nazir kreslosunda otura bildi. Onun səhv iqtisadi siyasətindən təngə gələn əhali küçələrə çıxaraq E.Makronun istefasını tələb etdilər. Makron vəziyyətin ağırlığını və idarəolunmaz duruma düşdüyünü anlayaraq Sebastyan Lekornu qurban verməli oldu. Fransızlar baş nazirin istefasından sonra bir qədər sakitləşsələr də, hazırda yeni alovlanma və ölkədə qarşıdurma ab-havası hiss olunur. Əhali küçələrə çıxaraq yenidən hakimiyyəti sərt tənqid edirlər. Vəziyyət o dədərcədə idarəolunmaz duruma düşüb ki, ölkədə vətəndaş müharibəsi yarana bilər. Bu dəfə də E.Makron vəziyyəti öz xeyrinə dəyişmək və hakimiyyətinin ömrünü uzatmaq üçün bir ay öncə böyük coşqu ilə baş nazir təyin etdiyi Sebastyan Lekornunun istefaya getməsinə çağırış edib və istəyinə nail olub. Artıq Fransa baş naziri Sebastyan Lekorn istefa verib. Lakin əhalini bu istefa qane etmir. Müxalifət və fransızların böyük əksəriyyəti E.Makronun da istefa verməsini tələb edirlər. "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot açıqlamasında prezident Emmanuel Makronu istefaya çağırıb: "Lekornu yenicə istefa verib! İndi isə növbə Makrondadır!"

Nazirlərin istefası Makronun siyasətinin iflasıdır

Baş nazirin istefası yeni kabinetin oktyabrın 5-də elan edilməsindən sonra müxalifət qüvvələrinin güclü tənqidlərindən sonra baş verib. Makron isə bir aydan az müddətdə vəzifədə qalan Lekornunun istefasını qəbul edib. Baş nazirin istefasından az sonra ölkənin iqtisadiyyat və daxili işlər nazirləri də istefa verdiklərini bəyan ediblər. Fransanın silahlı qüvvələr üzrə naziri Bruno Le Mer də istefa verdiyini açıqlayıb. O, bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb. Bruno Le Mer, hökumətə qoşulmağın yalnız ağır geosiyasi vəziyyət qarşısında məqsədinin Fransaya və fransız xalqına xidmət etmək olduğunu bildirib. Le Mer verdiyi qərarın bəziləri tərəfindən anlaşılmazlıqla qarşılandığını, yanlış və qeyri-mütənasib reaksiyalara səbəb olduğunu qeyd edərək heç bir fərdi vəziyyətin ölkənin və qurumların normal fəaliyyətinə mane olmamalı olduğunu vurğulayıb."Bu şəraitdə mən hökuməti dərhal tərk etmək və Silahlı Qüvvələr naziri vəzifəmi baş nazirə təhvil vermək istəyim barədə respublika prezidentinə məlumat verdim. Respublika prezidenti istefamı qəbul etdi. Ümid edirəm ki, bu qərar Fransaya lazım olan yeni hökumətin formalaşdırılması ilə bağlı müzakirələri bərpa etməyə imkan verəcək", – deyə o yazıb.

Makron Fransanı məhvə sürükləyir

Fransa yeni fəalkətlərlə üzləşəcəyi təqdirdə müstəmləkə altında saxladığı ərazilərdə müstəqillik mübarizəsini daha da güclənəcək. Daha doğrusu, artıq Fransa Polineziyası, Yeni Kaledoniya, Madaqaskar və digər ərazilərdə əhali küçələrə çıxaraq müstəqillik uğrunda mübarizənin yeni mərhələsinə başladıqlarını bəyan ediblər. Nəzərə almaq lazımdır ki, 1960-cı ildə Madaqaskar müstəqillik əldə etdiyi zaman Fransa arxipelaqı özünün xarici ərazilərinə çevirməyi təmin etdi. BMT və digər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələr buna kəsgin etirazlarını bildirsələr də, Fransa öz iddialarından geri çəkilmədi. Epars adaları isə 1960-cı ildə Madaqaskarın müstəqilliyi ərəfəsində Fransa tərəfindən ələ keçirilib. Bakıda keçirilən 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən olan nümayəndələrin iştirak etdiyi "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda konfransda müstəmlkə altında əzilən xalqların nümayəndələri Fransanı müstəmləkəçiliyə son qoyulmasına çağışı etdilər. Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep beynəlxalq konfransda çıxışı zamanı bildirdi ki, dörd əsrdir ki, biz Fransanın təzyiqi altında yaşayırıq: "Ölkəmiz Fransanın müstəmləkəçiliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali isə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə həbsə atılırıq. Biz Fransa müstəmləkəçiliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədalətsizliyindən çox əziyyət çəkirik". Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rəbbani isə konfransda çıxışında bildirdi ki, Fransa müsəlmanların uşaqlarını kriminallaşdırır: "Fransada etirazların strateji olaraq yatırılması trayektoriyası əks olunub. Burada hazırkı irqçilik və islamofobiya siyasətinə qarşı tənqidləri susdurmağa çalışırlar. Müsəlmanların üzərinə müxtəlif cinayətləri atırlar. Onların özünüifadə hüququ tapdalanır, qızların məktəblərdə müsəlman geyimləri geyinməsi qadağan olunur".

Konfrans iştirakçısı Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Xanım Maqalie Tinqal çıxışında Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bəyanatına görə təşəkkür edib: "Bu, çox güclü və çox doğru bəyanat idi. Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniyada çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacağıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq".

Fransa terroru dəstəkləyən dövlətə çevrilib

Araşdırmalarla sübuta yetirilir ki, Fransa müstəmləkə siyasəti aparmaqla yanaşı, həm də terrora açıq dəstək göstərir. Makron vaxtilə "İslam dövləti" terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində Hamasa qarşı mübarizəyə başlamağı təklif edib. Hansı formada? Təsdiq olunur ki, Fransa Livan vasitəsi ilə HAMAS-a maliyyə və hərbi silah-sursatla yardımlar göstərir. Bu baxımdan müharibə dayanmır və hər gün İsrailin atdığı raketlərin zərbəsindən onlarla dinc fəaləstinli öldürülür. Makronun və ümumilikdə Qərbin tərəfləri İsrail-Hamas müharibəsini dayandırmağa çağırmaq əvəzinə müharibənin davam etdirilməsinə dəstək verməsi, Makronun hətta beynəlxalq koalisiya şəklində müharibənin miqyasının daha da genişləndirməyi təklif etməsi bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil. Bu, Fransanın xarici siyasətinin nə qədər aqressiv və ağılsız olduğunu yenidən sübut edir - ərazisində milyonlarla müsəlman yaşayan Fransa İsrail və Fələstinə sülh üçün vasitəçilik təklif etmək əvəzinə, müharibə təklif edir

Son illərin hadisələri təsdiq edir ki, Fransa dünyada sabitliyin pozulmasında, müharibələrin, münaqişələrin yaranmasında maraqlı dövlətdir. Bəzən qızışdırıcı mövqe tutmaqla dövlətlər arasında münaqişələrin yaranmasına cəhdlər göstərir. Müharibələrin sayı çox olarsa Fransa gərəksiz və keyfiyyətsiz silah-sursatını müharibə aparan dövlətlərə satmaq imkanı qazanmış olacaq. Düşüncə yoxdur ki, həmin silahlar minlərlə insanın itkisinə yol açır, yüzlərlə yaşayış məskənini dağıdılıb, viran edilməsinə səbəb olur. Bu gün Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Raket silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkənin silah istehsal edən şirkətləri dünyanın 130 ölkəsinə silah satışını həyat keçirirlər. Əsas silah alıcıları Səudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Fransa "bacı"sı hesab etdiyi Ermənistana da silah satışını həyat keçirir. Bununla bağlı razılıq Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı əldə olunub. İlk öncə Ermənistana 50 zirehli texnika, daha sonra "Minstrel" hava hücumundan müdafiə raketləri gətiriləcək. Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Artıq Fransanın İrəvandakı səfirliyində hərbi missiya yaradılıb, attaşe təyin edilib. Ümumiyyətlə faktlar təsdiq edir ki, Fransanın Ermənistana hərbi dəstəyi hər zaman olub. 44 günlük Vətən Müharibəsində Fransa müxtəlif vasitələrlə Ermənistanı silahlarla təchiz etmişdir. Bu gün Fransada baş verən acınacaqlı hadisələr, xüsusilə də vətəndaşların küçələr çıxaraq Makronun istefasını tələbə etməsi onu göstərir ki, Fransanın gələcəyi yoxdur. Proseslər bu vəziyyətdə davam edəcəyi təqdirdə, Fransa müstəmləkə altında saxladığı ərazilərdən məhrum olmaqla yanaşı, öz mövcudluğunu da itirə bilər. Yəni ölkənin bir neçə yerə parçalanması qaçılmaz görünür. Bu isə E.Makronun nasizm üsul-idarəsinə uyğun siyasətinin ağır, həm də acı nəticəsidir.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see314

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see310

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see247

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see246

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see238

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see236

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see231

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see226

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see222

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see221

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see219

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see217

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see215

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see212

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see212

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see199

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see196

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see194

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri