ABŞ Qəzza ilə bağlı “Günəşin doğuşu“ layihəsini hazırlayıb DETALLAR
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Qəzzanın Fələstinin nəzarətində olan ərazisini yüksək texnologiyalı metropola çevirməyi hədəfləyən "Günəşin doğuşu" layihəsini təqdim edib.
Moderator.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
112.1 milyard dollarlıq planı ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiv Uitkoff hazırlayıblar.
ABŞ 10 il ərzində anklavın yenidən qurulması xərclərinin təxminən 20%-ni üzərinə götürmək niyyətindədir. Plana əsasən, Qəzzada smart şəbəkələri və yüksəksürətli dəmiryolu olan yüksəktexnologiyalı kurort salınması planlaşdırılır.
Layihə potensial sərmayədarlara təqdim olunub, lakin qəzetin yazdığına görə, bəzi amerikalı rəsmilər onun həyata keçirilməsinə şübhə ilə yanaşıblar.
"Biz tamamilə əminik ki, humanitar dəstəyin bütünlükdə bərpası və uzunmüddətli perspektivdə onun təmin edilməsi üçün investorlar tapacağıq", - qəzet ABŞ dövlət katibi Marko Rubiodan sitat gətirir.
Layihənin sponsorları və podratçılarla bağlı təfərrüat açıqlanmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Dekabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















