Günəşin gələcəyi ilə bağlı Yeni KƏŞF
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astronomlar Yer kürəsindən təxminən 1600 işıq ili uzaqlıqda yerləşən ölmüş ulduzun ətrafında iki ayrı halqa aşkar ediblər.
Bu barədə "Reuters” məlumat yayıb.
Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopundan istifadə edən alimlər Qız bürcündə yerləşən J1328-1450 adlı ağ cırtdan ulduzun ətrafında planet qalıqlarından ibarət iki halqa müəyyən ediblər.
Tədqiqatçılar hesab edirlər ki, halqalar ulduzun təkamülü zamanı parçalanmış qayalı göy cisimlərinin qalıqlarından yaranmış ola bilər.
"Nature Astronomy” jurnalında dərc olunan araşdırmaya əsasən, bu kəşf planet sistemlərinin ulduzların ömrü başa çatdıqdan sonra necə dəyişdiyini anlamağa kömək edə bilər.
Alimlərin fikrincə, müşahidələr təxminən beş milyard ildən sonra Günəş sisteminin hansı dəyişikliklərlə üzləşə biləcəyinə dair də ipucları verir.
///sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 Noyabr 2026 06:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















