Icma.az
close
up
RU
ABŞ qırıcılarının II Dünya müharibəsində istifadə etdiyi mübahisəli nişanlar nə idi?

ABŞ qırıcılarının II Dünya müharibəsində istifadə etdiyi mübahisəli nişanlar nə idi?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

II Dünya müharibəsinin əvvəlində Amerika qırıcı təyyarələri Yaponiyanın hərbi simvoluna qismən bənzəyən tanıma nişanlarından istifadə edirdi və bu, ABŞ hərbi aviasiyasının işarələnməsində kəskin mübahisələrə və sürətli dəyişikliklərə səbəb olmuşdu.

Qaynarinfo xəbər verir ki, bu barədə "Slash Gear" yazıb.

7 dekabr 1941-ci ildə Yaponiya Pörl Harbora hücum edib və bu hadisə ABŞ-ın müharibəyə daxil olmasına gətirib çıxarıb. Yaponiya təyyarələri ağ fon üzərində qırmızı dairə və 16 şüadan ibarət, hər kəsə yaxşı tanış olan hərbi bayraq altında uçurdu. O dövrdə Amerika qırıcıları da mavi disk üzərindəki ağ ulduzun mərkəzində qırmızı dairə daşıyırdı. Emblemdə ABŞ bayrağının rəngləri istifadə olunsa da, hava döyüşündə onu Yaponiyanın nişanları ilə qarışdırmaq çox asan idi.

Hücumdan sonra ABŞ pilotları qırmızı "nöqtə"nin öz təyyarələrini düşmən təyyarələrinə bənzətdiyini bildirərək şikayətlər etməyə başlayıblar. Aviasiya heyətləri təsadüfi atışların qarşısını almaq üçün həmin elementi özləri boyayaraq gizlədiblər. 1942-ci ilin may ayının sonunda komandanlıq rəsmi olaraq bütün döyüş təyyarələrindən qırmızı dairənin tam çıxarılmasını əmr edib.

Yaponiyanın qırmızı diski - Hinomaru - günəş ilahəsi Amaterasunu simvolizə edir və qədimdən imperator hakimiyyəti ilə əlaqələndirilirdi.

ABŞ tanıma nişanları isə bir neçə dəfə dəyişmişdi: 1916-cı ildəki qırmızı ulduzdan 1919-cu ildə mavi fon üzərindəki ağ ulduz və qırmızı mərkəzə qədər. Məhz bu emblema Sakit okean müharibəsi başlayandan sonra tənqid hədəfinə çevrilib.

1943-cü ilin iyununda ABŞ aviasiyası ulduzun sağ və sol tərəfinə mavi düzbucaqlar əlavə edib və bütöv nişanı qırmızı çərçivə ilə əhatəyə alıb. Lakin Yaponiya ilə döyüşən birliklər qırmızı elementin geri qayıtmasına dərhal etiraz ediblər. Avqust ayında qırmızı çərçivə mavi ilə əvəz olunub və emblema bundan sonra bu şəkildə istifadə edilib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri